Connect with us

Müsahibə

“Bu uşaqlardan gələcəkdə millinin formasını geyinənlər mütləq olacaq”

2018-ci ildə Arqentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunaca…

-də paylaşıldı

2018-ci ildə Arqentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq gənclər arasında Olimpiya Oyunlarına futzal üzrə 17 yaşadək oğlanlardan və qızlardan ibarət milli komandalar arasında turnir də daxil edilib. 

Futbolinfo.az xəbər verir ki, müvafiq yaş qrupuna aid oğlanlardan ibarət Azərbaycan yığması Slovakiyada meydan sahibləri ilə bərabər, Rusiya və Hollandiya milliləri ilə qarşılaşacaq. Səfərdən öncə baş məşqçi Fuad Rzayev hazırlıq və rəqiblərlə bağlı Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

– Heyətə cəlb edilən oyunçular haqda məlumat verərdin.
– Hazırkı oyunçulardan cəmi 3-ü futzal komandalarından götürülüb. Onlar da II liqada çıxış edirlər. Əksər oyunçuları “İnter”, “Sumqayıt” və “Zirə” klublarından dəvət etdik. Seleksiya işi aparmaq, komandanı formalaşdırmaq üçün vaxtımız çox az oldu. Cəmi 1 ay ərzində bu işləri gördük. Əvvəlcə 30 oyunçunu məşqlərə cəlb etdik, yekunda isə 11 nəfəri komandada saxladıq. Səfərə 10 oyunçu – 2 qapıçı, 8 meydan oyunçusu – aparacağıq. Amma məşq prosesində zədələnmək ehtimalını nəzərə alıb, 1 nəfəri artıq saxladıq. Hazırkı heyətdə istedadlı uşaqlar var. İşə gec başlasaq da, özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Bu uşaqlardan gələcəkdə millinin formasını geyinənlər mütləq olacaq.

– Böyük futboldan cəlb edilənlər parketə uyğunlaşa bilirlərmi?
– Bir ay ərzində bu mərhələni adlamaq mümkün deyil. Amma fərdi qabiliyyətinə görə seçilən oyunçular da az deyil. Gün ərzində 2 saat məşq keçirdik ki yaşıl meydanı parket örtüyə dəyişməyi bacarsınlar.

– Seçilən uşaqlarda futzal sevgisi var, yoxsa səfər eşqi ilə komandaya qoşulublar?
– Hər biri ilə fərdi söhbət etmişəm. Həqiqətən onlar üçün də maraqlıdı. Hətta bəziləri futbolu futzala dəyişmək istədiyini deyib. Məşq prosesi böyük futbolla müqayisədə çox fərqlənir.

– Səfəröncəsi iki yoxlama oyunu keçirdiniz. Bu qarşılaşmalarda komanda necə təsir bağışladı?
– İlk oyunda “Ulduz”la qarşılaşdıq. İkinci Liqada çıxış edən bu komandanın heyət üzvləri 6 ildi bir yerdə çıxış edir. Oyunun əvvəlində dərhal 2 top buraxdıq. Sonra toparlanmağı bacardıq və 7:2 hesabı ilə qalib gəldik. Səhvlərimiz var idi. Əsasən də müdafiədə boşluqlar verirdik. Gərək futzalda rəqibin üzərində atılmayasan. Böyük futboldan qalma vərdişlərdi deyə, oyunda da bunu edirdilər. Sonra “Avanqard” komandası ilə qarşılaşdıq. İddialı komandalardan biridi. Bu matçdakı səhvlərimiz əvvəlki qarşılaşmadakı qədər olmadı. 3:1 hesabı ilə qələbə qazandıq. Hansı mövqelərimiz axsayır, bilirəm. Qalan vaxtlarda bunun üzərində işləyəcəyik.

– Rəqiblər haqda hansı informasiyaya sahibsiniz?
– İlk oyunda meydan sahiblərinə qarşı oynayacağıq. İki oyunlarına baxmışıq. Zəif deyillər, amma komandamızda fərdi planda seçilən oyunçular var ki, onların köməyi ilə bu dueldən qalib ayrılmaq mümkündü. Düzdü, futzalda müdafiə olunmaq var, hücuma keçmək var. Slovaklar bunu bilir, bizim futzalçılar isə yeni-yeni öyrənilər. Daha sonra Rusiya yığması ilə üz-üzə gələcəyik. Rusiya yığmasının üzvləri öz ölkəsinin çempionatında mütəmadi oynayırlar. Onlarda klubların ikinci, üçüncü komandaları var. Qrupumuzun ən iddialı komandası onlardı. Hollandiyanın oyununa baxmamışıq. Yeri gəlmişkən, hazırlıq müddətində əsas millinin baş məşqçisi Alesio və qapıçı Rövşən Hüseynli də məşq prosesində təcrübəsini bizimlə bölüşürdülər.

Arxiv

Dünya futbolu2021-05-12 19:23

“Beşiktaş”ın futbolçusunun meneceri saxlanıldı

Premyer-liqa2021-05-12 18:35

“Qəbələ” ilə “Sabah”ın 15-ci dueli

I Divizion2021-05-12 17:33

Birinci Divizionda son turun oyun cədvəli açıqlandı

Digər2021-05-12 17:16

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-12 16:54

“Bavariya”da ciddi itki

Dünya futbolu2021-05-12 16:14

PSJ-nin futbolçusuna 3 oyunluq cəza

Dünya futbolu2021-05-12 15:28

Van Deyk AÇ-2020-də oynamaqdan imtina etdi

Dünya futbolu2021-05-12 14:59

Çempionlar Liqasının finalı yenə Portuqaliyada keçirilə bilər

Ölkə futbolu2021-05-12 14:02

FİFA dörd azərbaycanlı futbolçuya ödəniş edəcək

Dünya futbolu2021-05-12 13:36

Ən yaxşı fransalı futbolçu adına namizədlər açıqlandı

Ölkə futbolu2021-05-12 13:23

Sabir Buqrinlə “Piramida” – VİDEO

Dünya futbolu2021-05-12 13:00

“Ayaks” çempionluq kubokunu azarkeşləri arasında böldü

Ölkə futbolu2021-05-12 12:37

“İki tərəfin də razılığı olsa, “Səbail”də qala bilərəm”

Dünya futbolu2021-05-12 12:17

Nuriyev mövsümün rəmzi komandasında

Dünya futbolu2021-05-12 11:58

Ayaz Quliyevin yeni klubu bəlli oldu

Dünya futbolu2021-05-12 10:37

Portuqaliyada çempion bəlli oldu

Dünya futbolu2021-05-12 09:59

Buffon “Yuventus”dan ayrılacağını təsdiqlədi

Dünya futbolu2021-05-12 09:32

Super Liqada daha iki vida

Dünya futbolu2021-05-12 09:01

Burak Yılmaz mövsümün ən yaxşısı adına namizəd oldu

Dünya futbolu2021-05-12 01:52

“Barselona” yenə xal itirdi

Ölkə futbolu2021-05-12 13:23

Sabir Buqrinlə “Piramida” – VİDEO

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Gündəm