Connect with us

Müsahibə

Qurban Qurbanov: "Getdikcə bizə daha diqqətli yanaşırlar"

UEFA Çempionlar Liqasının qrup mərhələsi çər&ccedi…

-də paylaşıldı

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə İspaniyanın “Atletiko” klubu ilə bərabərə qalan (1:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

– Ağır oyun oldu. Bir xal qazanmağımıza baxmayaraq, rəqib çox yaxşı oynadı. Bu cür oyunlarda futbolçularımın təcrübə qazanması mənim üçün çox önəmlidi. Rəqibin qol epizodları çox olsa da, yetirmələrim sonadək mübarizə apardılar. “Atletiko”ya gələcək oyunlarda uğurlar arzulayıram. 

– “Atetiko” ilə ilk oyunda da qırmızı vərəqə olmuşdu, bu dəfə də…
– İlk oyundan sonra demişdim – yalnış qərar idi. Ancaq məncə, bu dəfə hakim haqlı idi. Pedro ayağını çox yuxarı qaldırmışdı.  

– ÇL-in püşkü atıldıqdan sonra “Qarabağ” qrupun aşkar autsayderi kimi göstərilirdi. Ancaq komanda artıq iki xal qazanıb. Demək olar ki, komanda artıq əsas işin öhdəsindən gəlib? 
– Çox güclü qrupa düşmüşük. İlk 3 rəqibin də qrup birincisi olmaq potensialı var idi. Bizim üçün isə əsas təcrübədi. Belə oyunlar bizə zövq verir. Qarşıdakı oyunlarda da yaxşı oyun sərgiləməyə çalışacağıq. Əlbəttə, nəticə də önəmlidi. Dayanmaq istəmirik. Nəticəmizi daim inkişaf etdirmək istəyirik.

– Bu turnirdə iştirakın sizin üçün vacib olduğunu dediz. UEFA isə fərqli düşünür…
– Bu barədə nə isə deyə bilmərəm. Bu turnirdə iştirak etdikdən sonra istərdik ki, bundan sonra da hər il iştirak edək. Bəlkə də, gələcəkdə də bu turnirdə iştirak etmək üçün daha çox bərkiməliyik. Turnirlə bağlı nə qərar qəbul edilsə, buna riayət etməliyik.

– Pedronun qırmızı vərəqə alması, Geryenin zədələnməsi sizin planlarınızı pozdu? Bir də, sanki “Atletiko” ilə oyunlarımızda gərginlik bir qədər də artıq oldu… 
– İstər-istəməz itkilər komandanın planlarını pozur. Yenə zədədə bunu kompensasiya etmək olur. Lakin qırmızı vərəqədə bunu etmək mümkün olmur. Bu turnirdə iki dəfə ardıcıl azlıqda oynamaq futbolçularıma əlavə inam verdi. Məncə, bu, futbolçularımızın daha məsuliyyətli olması üçün əsas rol oynadı. Bu turnirdə gərgin olmayan oyun yoxdu. Burdakı rəqiblərimiz bizi buna məcbur edir.  

– Son illərdə ÇL-də “Atletiko”nu çox az komanda üstələyib. Bu komanda ilə ardıcıl iki dəfə heç-heçə etdiyinizə görə hansı hissləri keçirirsiz?
– Ümumiyyətlə futbolda hər nəticənin öz məsuliyyəti var. Bu hisslər imkan vermir ki, rahat olaq. Qarşıda bundan da ağır oyunlar var. Belə nəticələr bizə nə qədər inam verirsə, həm də, əlavə məsuliyyət qazandırır. Rahatlaşmırıq. İşimizə daha çox məsuliyyətlə yanaşmalıyıq. Çalışacağıq ki, bu cür nəticələr təsadüf yox, davamlı olsun.

– Komanda fasiləyə heç kimin gözləmədiyi halda 1:0 hesabıyla öndə yollandı. Fasilədə futbolçularınıza nə dediz?
– Hər hissənin öz analizi var. Oyundan öncə istənilən nəticəyə hazır oluruq. Matçdan öncə rəqibi analiz edirik. Qapımızda gördüyümüz qolların bir çoxuna bu tapşırıqlara düzgün riayət edilməməsi səbəb olur. Bunu burada açıqlaya bilmərəm. İkinci hissədə qol buraxsaq da, yaxşı oynadıq. 

– Heç kimə sirr deyil ki, “Qarabağ” bu gün ÇL-in ən az büdcəyə malik komandasıdı. Bu gün özünüzü daha böyük ölkələrin, məsələn, Türkiyə klublarında çalışmağa hansı dərəcədə hazır hiss edirsiz?
– Bu barədə düşünmürəm. Əsasən, buradakı işimi yaxşılaşdırmaq barədə düşünürəm. Belə təklif barədə düşünmürəm belə. Çalışıram ki, Azərbaycan futboluna kiçik də olsa, xeyir verim.

Arxiv

Dünya futbolu2021-01-23 01:58

PSJ-dən darmadağın

Dünya futbolu2021-01-23 01:52

“Valyadolid” səfərdən 1 xalla döndü

Dünya futbolu2021-01-23 01:47

Hərəyə 2 qol, 1 xal

Dünya futbolu2021-01-23 01:34

“Borussiya”ların duelində 6 qol

Dünya futbolu2021-01-23 01:21

Dmitri Nazarovdan məhsuldar ötürmə

Dünya futbolu2021-01-23 00:35

“Qalatasaray”dan Onyekuru açıqlaması

Dünya futbolu2021-01-22 22:34

“Çelsi”dən “Milan”a transfer

Dünya futbolu2021-01-22 21:56

“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı

Dünya futbolu2021-01-22 21:31

Türkiyə klubu birini gətirdi, ikisi ilə vidalaşdı

Dünya futbolu2021-01-22 20:51

“Qalatasaray”da yeni hücumçu

Dünya futbolu2021-01-22 20:34

“Roma”ya mövsümdə ikinci dəfə texniki məğlubiyyət verildi

Dünya futbolu2021-01-22 19:56

“Barselona”nın 1/8 finaldakı rəqibi bəlli oldu

Premyer-liqa2021-01-22 19:02

“Sumqayıt”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Digər2021-01-22 18:43

Azərbaycanda daha 280 nəfərdə koronavirus aşkarlandı

Premyer-liqa2021-01-22 18:37

“Onun sürüşmələrinə mən də əsəbiləşdim” – Yunis Hüseynov

Premyer-liqa2021-01-22 18:22

“Yeni transfer düşünmürük” – Ayxan Abbasov

Premyer-liqa2021-01-22 17:58

“Keşlə” “Sumqayıt”a da uduzdu

Ölkə futbolu2021-01-22 17:41

“Neftçi”dən daha bir heç-heçə

Dünya futbolu2021-01-22 17:30

Super Liqa klubu braziliyalı futbolçuları ilə vidalaşdı

Dünya futbolu2021-01-22 17:17

Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi – VİDEO

Premyer-liqa2021-01-21 23:18

“Zirə”dən “Qəbələ” üzərində inamlı qələbə – VİDEO

Premyer-liqa2021-01-21 19:27

Rəşad Sadıqov: “Qəbələ” öz oyununu sərgiləyir, futbolu eybəcərləşdirmir” – VİDEO

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?