Connect with us

Müsahibə

Tahir Gözəl: “Bəlkə möcüzə olacaq, ikincilik qazanacağıq?”

UEFA Çempionlar Liqasının qrup mərhələsində "Atletik…

-də paylaşıldı

UEFA Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə səfərdə 1:1-lik bərabərliyə qaldıqdan sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl Madridə ezam olnumuş azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, klub rəhbəri azərbaycanlı futbolsevərləri "Qarabağ"a sahib çıxmağa çağırıb.

– Görüş haqqında nə deyə bilərsiniz?
– Çox maraqlı və gərgin oyun oldu. Qolumuz möhtəşəm idi. Onların vurduğu qol da adlarına yaraşan idi. “Qarabağ” bir daha sübut etdi ki, burda olmağı təsadüfi deyil. Avropa səviyyəsində oyun göstərir. Yarım saata yaxın müddətdə azlıqda oynasaq da, rəqiblə başa-baş mübarizə apardıq. Şükür ki, biz Çempionlar Liqasında, rəqib meydanda Azərbaycan tarixində ilk qolu vura bildik. Bu da bir ilkdir. “Qarabağ” yenə ilklərə imza atır.

– U-19 komandası da qələbə qazandı bu gün…
– O da möhtəşəm nəticədi. O komandamı da təbrik edirəm. Bu gün başımız dik, qürurla ayrılırıq Madriddən. Əminəm ki, “Real” tərəfdarları bu nəticəyə çox sevinirlər. Onlardan bizə mənəvi dəstək var idi ki, əlinizdən gələni edin. Çox məmnunam. Klubumla fəxr edirəm. Bizim əsas məqsədimiz var, o da Qarabağın adını dünyada anlatmaqdır. Şükür, buna nail oluruq. Bütün dünya bizi alqışlayır. “Roma”nın prezidenti də mənə təbrik göndərdi. Belə şeylər məni çox sevindirir.

– İştahınız artırmı? Bəlkə artıq 3-cülük haqqında düşünəsiniz?
– Qarşımızdakı elə komandalardı ki, çox çətindir. Əlimizdən gələni edəcəyik. Ölüm qrupuna düşmüşük. Şansımız var üçüncülüyə, bəlkə möcüzə olacaq, ikincilik qazanacağıq? Hələ bilmirik axı.

– Qırmızı vərəqədən sonra həyəcan keçirdiniz?
– Vərəqəyə etirazım yoxdu. Ancaq 10 nəfər qalmaq məndə böyük həyəcan yaratdı. Lakin “Qarabağ” özünü itirmədi, bir az da şansımız gətirdi. Yaxşı bitdi hər şey.

– Bu cür oyundan sonra “Çelsi” ilə qarşılaşmada yenidən tribunaların dolacağını güman etmək olarmı?
– Mən ancaq dolu tribunalar gözləyirəm. Bu klubu dəstəkləməmək olarmı? Bu komanda üçün yeri gəlsə, iki saat piyada da getmək olar, çünki buna layiqdi. Bütün Azərbaycanı dəvət edirəm. Biz öz işimizi görürük, gərək Azərbaycan da “Qarabağ”a sahib çıxsın. Stadionu dolduraraq dünyaya sübut etməliyik ki, bu komandanın arxasında durmuşuq.

– Matçdan sonra “Atletiko” rəhbərliyi nə dedi?
– Serezo o qədər centlmen, yaxşı adamdı ki. Gözəl oyuna görə təbrik etdi. Hörmətlə vidalaşdıq.

Arxiv

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-13 21:34

Azərbaycan derbisində 3 qol, 4 “qırmızı” – VİDEO

Premyer-liqa2021-02-13 19:12

“Sumqayıt” – “Səbail” matçında 3 qol – VİDEO

Ölkə futbolu2021-02-13 13:40

Derbi öncəsi “Neftçi”də “sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-02-12 13:06

“Qarabağ”ın “Neftçi”yə vurduğu ilk qolun müəllifi danışdı – VİDEO

Premyer-liqa2021-02-12 12:48

“Qarabağ” – “Neftçi”: Promo – VİDEO

Gündəm