Connect with us

Müsahibə

Veteran futzalçı: “Gövdəmlə işimi görürəm”

Dövrünün güclüləri sırasında yer alan, amm…

-də paylaşıldı

Dövrünün güclüləri sırasında yer alan, amma sonradan bir müddət kənara çəkilən Rüfət Hüseynovu bu dəfə Birinci Liqada yaxaladıq. Sevgisindəndir ki, bu yaşda və artıq çəkisi olmasına rəğmən parketdə top qovmaqdan doymur. “Yasamal-2” – “Hell Energy” oyununda komandasının yeganə qoluna imza atsa da, artıq aktivində 7 qol var. Təbii ki, təcrübəli oyunçu ilə söhbətləşmək imkanını qaçırmadıq, onu bir neçə dəqiqəlik də olsa, Futzal Federasiyasının tribunasına dəvət edilib:

– Yaş üstə yaş gəlsə də, artıq çəkin olsa da, oynamaqdan yorulmursan…
– Necə doyum? “Yasamal-2”yə yeni qoşulmuşam. Mən gələndən sonra keçirdiyimiz 3 oyundan birində qələbə qazanmışıq, qalan 2 matçı uduzmuşuq. Rəqiblərimiz təcrübəli, oturuşmuş komandalardı. Hətta bir az da güclərinə güc qatıblar və Birinci Liqanın mükafatlarına favorit komandalardı. “Hell Energy” ilə oyunda 1:6 hesablı yenilgi bir az böyük oldu. Razıyam, uduzacağdıq, ancaq bu hesabla yox.

– Birinci Liqada mənzərə necədi?
– 9-10 komandanı fərqləndirərdim ki, onlardan 3-ü favoritlər sırasında yer alıb. Qalan 6-7 komanda eyni gücdədir. Biz də şansımızı itirməmişik. Çünki indiyə qədər əsasən güclülərlə üz-üzə gəlmişik, orta və aşağı sıralarda yer alan komandalarla bundan sonra qarşılaşacağıq. Məqsədimiz bu mərhələni “8-lik”də başa vurmaq və play-off oyunlarının iştirakçısı olmaqdır. Komandaya ikinci dövrədə gənc futzalçıları dəvət edəcəyəm. İstəyirəm, “Yasamal”ın əsas komandası üçün ehtiyat baza yaradaq və gənclər püxtələşdikdən sonra Yüksək Liqadakı əsas komandamıza yollansınlar. Bu gün “Yasamal”ın əsas komandasında İrandan dəvət edilən futzalçılar yer alıb və onların sayı çoxdur. Klub olaraq istəyirik ki, əsas millidə bizim də yetirməmiz yer alsın. Ona görə axtarışlarımız davam edir. İkinci dövrədən fərqli “Yasamal-2” görəcəksiniz.

– Birinci Liqada diqqətini cəlb edən, perspektiv vəd edən futzalçı varmı?
– Var, amma ad çəkməyəcəm. Təkcə Birinci yox, İkinci Liqanı da izləyirəm və diqqətimi cəlb edən oyunçu görmüşəm. MFL-in oyunlarını da mütəmadi diqqətdə saxlayıram. Oradan da 1-2 oyunçu dəvət edəcəyəm. Onların 23-24 yaşı var, MFL-ə getsələr də, yerləri parketdi. MFL onlar üçün hələ tezdir.

– Həm oynayırsan, həm də izlədiyim qədər ikinci komandada baş məşqçi funksiyasını yerinə yetirirsən…
– Komandanın rəhbəri Orxan Allahverdiyevdi və məni o, dəvət edib. Yüksək Liqada çıxış edən komandamıza da məsləhətçi kimi kömək edirəm. Yenə deyirəm, məqsədimiz milli komandaya oyunçu qazandırmaqdır.

– Bu yaşda oynamaq çətin deyil?
– Təcrübənin hesabına oynayıram. Artıq çəkim var, amma hücumda yer almaqla komandama köməyim dəyir. Gövdəmlə işimi görürəm.

– Ustalıq qalıb yerində…
– Ustalıq heç vaxt itmir. Ola bilər sürət, fiziki hazırlıq qaydasında olmasın, amma ustalıq heç vaxt “ölmür”.

– Bəs gənclər bu ustalıqdan qablarına nəsə qoya bilirlər?
– Hazırkı komandamızda yer alanlar tərbiyələri, davranışları ilə rəğbətimi qazanıblar. Əksəriyyəti məhəllə futbolundan gəlib, müəyyən vərdişləri, hərəkətləri bilmirlər. Ona görə də çalışırlar ki, öyrənsinlər, futzalı düzgün oynasınlar. Bizim işimiz də bildiklərimizi onlarla bölüşmək, nəyişə öyrətməkdir.

Arxiv

Ölkə kuboku2021-04-21 20:43

“Yarımfinala layiq matç alındı” – Rəşad Sadıqov

Ölkə kuboku2021-04-21 20:30

“Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR

Dünya futbolu2021-04-21 19:57

Futbol hakimi koronavirusa yoluxdu – Türkiyədə

Ölkə futbolu2021-04-21 18:41

“Kasımpaşa”nın futbolçusu milli komandamızda

Ölkə futbolu2021-04-21 18:09

Azərbaycan millisi Divizion klubuna darmadağınla qalib gəldi

Ölkə futbolu2021-04-21 17:42

“Ukrayna millisindən dəvət gözləyə bilməzdim” – Nuriyev

Digər2021-04-21 17:22

2075 yeni yoluxma, 32 ölüm faktı – Azərbaycanda

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Dünya futbolu2021-04-21 16:20

Avropa Super Liqası: “Yuventus” da ayrıldı

Dünya futbolu2021-04-21 15:44

“Milan” da Avropa Super Liqasından imtina etdi

Milli komanda2021-04-21 15:29

“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”

Ölkə futbolu2021-04-21 15:01

“Çempionatı daha yüksək pillədə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”

Dünya futbolu2021-04-21 14:45

“İnter” və “Atletiko” da Super Liqanı tərk etdi

Dünya futbolu2021-04-21 14:26

İngilislər Avropa Klublar Birliyinə qayıtmaq istəyir

Dünya futbolu2021-04-21 13:58

Türkiyə klubunun 2 futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-04-21 13:25

Almaniya və Braziliya eyni qrupa düşdü – Tokio-2020

Dünya futbolu2021-04-21 12:41

Macarıstan çempionu bəlli oldu

Dünya futbolu2021-04-21 12:18

UEFA İngiltərə klublarına Super Liqadan çıxmaq üçün pul təklif edib?

Dünya futbolu2021-04-21 12:02

Anyelli “Yuventus”dan ayrılmağa qərar verdi

Ölkə futbolu2021-04-21 11:47

“Neftçi”nin veteranı yubileyini qeyd edir – VİDEO

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Ölkə futbolu2021-04-21 11:47

“Neftçi”nin veteranı yubileyini qeyd edir – VİDEO

Premyer-liqa2021-04-17 22:59

“Neftçi”dən “Zirə”yə 4 cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-17 21:37

“Sabah” “Keşlə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Dünya futbolu2021-04-17 18:22

Millimizin üzvü dubla imza atdı – VİDEO

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Premyer-liqa2021-04-16 21:17

“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO

Ölkə futbolu2021-04-16 16:47

Topdan gülüş: Fəhmin Muradbəyli və Mirabdulla Abbasov

Ölkə futbolu2021-04-15 22:22

Samir Abasov azarkeşlərin suallarını cavablandırıb – VİDEO

Ölkə futbolu2021-04-15 20:59

“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır – VİDEO

Premyer-liqa2021-04-15 11:56

Statistika: “Neftçi” – “Zirə” – VİDEO

Milli komanda2021-04-15 11:11

Millimizdən Yunanıstana dörd cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-04 20:48

“Neftçi” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

Premyer-liqa2021-04-04 14:50

“Sumqayıt”la oyundan əvvəl “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-04-01 17:29

“Fan Zona”nın növbəti buraxılışının vaxtı bəlli oldu

Gündəm