Connect with us

Müsahibə

“Qarabağ”dan sonra Azərbaycanın ən güclü klubu “Sumqayıt”dı”

"Sumqayıt"ın futbolçusu Xəyal Nəcəfov klubun &qu…

-də paylaşıldı

"Sumqayıt"ın futbolçusu Xəyal Nəcəfov klubun "facebook" səhifəsində ona ünvanlanan sualları cavablandırıb.

Futbolinfo.az həmin müsahibəni təqdim edir: 

– Futbola gəlişin barədə məlumat verərdin. İlk məşqçin kim olub?
– 7 yaşım olarkən Sumqayıt şəhərində futbola yazılmışam. İlk məşqçim Tağı Məmmədov olub. 10 yaşım olarkən isə "Sumqayıt" Futbol Klubunun akademiyasına seçilmişəm. Akademiyamızda olarkən Zaur Hidayətov və Vəfadar Quliyevdən futbolun sirrlərini öyrənmişəm. Daha sonra əvəzedici, ardından isə əsas komandaya yüksəlmişəm.

– Bir gün "Sumqayıt"dan ayrılsan hansı klubda oynamaq istərdin?
– "Sumqayıt"dan ayrılsam, yalnız ölkə xaricində çıxış etməyi istərdim.

– Xəyal, hər zaman pozitiv olmağı necə bacarırsan?
– Həqiqətən nə cavab verəcəyimi bilmirəm. 

– Xəyalındakı klub hansıdı?
– "Mançester Yunayted".

– Messi, yoxsa Ronaldo?
– Hər ikisi sözsüz ki, dünyanın ən güclüsüdü. Amma mənin seçimim nə Messidi, nə də Ronaldo.

– Növbəti mövsüm başqa kluba getmək fikrin var?
– Gələcəklə bağlı plan qurmağı sevmirəm.

– Türkiyə Super Liqasında azarkeşlik etdiyin klub hansıdı?
– "Qalatasaray"a azarkeşlik edirəm.

– Əsas heyət üzvünə çevrilməyində limitin rolu çoxdu, yoxsa…
– Bu sualı mənə çox ünvanlayırlar. Gəlin unutmayaq ki, ötən mövsüm də əsas heyətdə çıxış edirdim. Onda ki, limitə düşən fubolçu deyildim.

– Karyeranı "Sumqayıt"da bitirməyi istəyirsən?
– Hələ gəncəm. Karyeramın sonu haqqında nəsə düşünməmişəm.

– Kumirin kimdi?
– "Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi David Silvanın oyununu çox bəyənirəm. Kumirim deməsəm də, bəzi hərəkətlər var ki ondan götürməyə çalışıram.

– Avropa Liqasına düşmək üçün "Sumqayıt"ın şansı nə qədərdi?
– Daha yüksək yerlər üçün bütün komanda olaraq çalışırıq. Faiz etibarı ilə heç nə deyə bilmərəm.

– Milli komandada oynamağı arzulayırsan?
– Milli komandada oynamaq hər bir futbolçunun arzusudu. Belə ki, U-19 millimizdə Nazim Süleymanov, U-21-də isə Yaşar Vahabzadə və Samir Ələkbərovun rəhbərliyi dövründə çıxış etmişəm. Amma ən böyük arzum A millidə çıxış etməkdi. Düşünürəm ki, bu arzumu reallaşdırmaq öz əlimdədi. Öz üzərimdə çalışsam və daha az səhv edəcəyim təqdirdə bu iş mənim üçün daha da asanlaşar.

– Öz mövqeyində oynayan ən bəyəndiyin futbolçu kimdi?
– David Silva və Mesut Özil.

– Ayda nə qədər məvacib alırsan?
– Azarkeşlərimiz tərəfindən ünvanlanan ənənəvi sualınıza belə cavab verəcəm: Özümə yetəcək qədər maaş alıram.

– "Qarabağ"ı çıxmaqla Azərbaycanın ən güclü klubu hansıdı?
– "Sumqayıt".

– Özünü peşəkar futbolçu sayırsan?
– Hər hansı bir uğur əldə eləməmişəmsə peşəkarlıqdan danışmaq istəməzdim.

– Bu günə kimi Premyer Liqamızda gördüyün ən səviyyəli futbolçu kimdi?
– "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda.

– Futbolu və "Sumqayıt"ı seçməkdə məqsədin?
– Sumqayıtda doğulduğum üçün futbola bu şəhərdə başlamışam. Futbolu seçməkdə əsas nəqsədim isə təbii ki, bu idman növünə olan sevgimdəndi.

– "Qarabağ"da oynamaq istərdin?
– Məncə, hər bir azərbaycanlı futbolçu “Qarabağ”da oynamaq istəyər.

– Bu mövsüm "Sumqayıt"dakı məqsədiniz…
– Komanda olaraq əlimizdən gələni etməyə çalışırıq ki, daha üst pillələrdə qərarlaşaq.

– Sənə görə, hazırda Premyer Liqada "Xəzər Lənkəran"ın yerini tutan klub varmı?
– Məncə yox.

– "Sumqayıt"ın ən sürətli futbolçusu kimdi?
– Ehtiram Şahverdiyev.

– "Sumqayıt" azarkeşlərinə nə demək istərdin?
– Bütün Sumqayıt azarkeşlərinə bizləri dəstəklədikləri üçün minnətdarlığımı bildirirəm. Əlimizdən gələndən daha artığını etməyə çalışırıq ki, daim onları sevindirək.

Arxiv

Ölkə kuboku2021-04-21 21:49

“Zirə” “Keşlə”ni səfərdə məğlub etdi – VİDEO

Ölkə kuboku2021-04-21 21:30

“Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR

Ölkə futbolu2021-04-21 20:57

“Neftçi TV”də “Bir sevgi” – VİDEO

Ölkə futbolu2021-04-21 20:50

“Bərbad oynamağımız mənə təsir etdi”

Ölkə kuboku2021-04-21 20:43

“Yarımfinala layiq matç alındı” – Rəşad Sadıqov

Dünya futbolu2021-04-21 19:57

Futbol hakimi koronavirusa yoluxdu – Türkiyədə

Ölkə futbolu2021-04-21 18:41

“Kasımpaşa”nın futbolçusu milli komandamızda

Ölkə futbolu2021-04-21 18:09

Azərbaycan millisi Divizion klubuna darmadağınla qalib gəldi

Ölkə futbolu2021-04-21 17:42

“Ukrayna millisindən dəvət gözləyə bilməzdim” – Nuriyev

Digər2021-04-21 17:22

2075 yeni yoluxma, 32 ölüm faktı – Azərbaycanda

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Dünya futbolu2021-04-21 16:20

Avropa Super Liqası: “Yuventus” da ayrıldı

Dünya futbolu2021-04-21 15:44

“Milan” da Avropa Super Liqasından imtina etdi

Milli komanda2021-04-21 15:29

“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”

Ölkə futbolu2021-04-21 15:01

“Çempionatı daha yüksək pillədə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”

Dünya futbolu2021-04-21 14:45

“İnter” və “Atletiko” da Super Liqanı tərk etdi

Dünya futbolu2021-04-21 14:26

İngilislər Avropa Klublar Birliyinə qayıtmaq istəyir

Dünya futbolu2021-04-21 13:58

Türkiyə klubunun 2 futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-04-21 13:25

Almaniya və Braziliya eyni qrupa düşdü – Tokio-2020

Dünya futbolu2021-04-21 12:41

Macarıstan çempionu bəlli oldu

Ölkə kuboku2021-04-21 21:49

“Zirə” “Keşlə”ni səfərdə məğlub etdi – VİDEO

Ölkə futbolu2021-04-21 20:57

“Neftçi TV”də “Bir sevgi” – VİDEO

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Ölkə futbolu2021-04-21 11:47

“Neftçi”nin veteranı yubileyini qeyd edir – VİDEO

Premyer-liqa2021-04-17 22:59

“Neftçi”dən “Zirə”yə 4 cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-17 21:37

“Sabah” “Keşlə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Dünya futbolu2021-04-17 18:22

Millimizin üzvü dubla imza atdı – VİDEO

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Premyer-liqa2021-04-16 21:17

“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO

Ölkə futbolu2021-04-16 16:47

Topdan gülüş: Fəhmin Muradbəyli və Mirabdulla Abbasov

Ölkə futbolu2021-04-15 22:22

Samir Abasov azarkeşlərin suallarını cavablandırıb – VİDEO

Ölkə futbolu2021-04-15 20:59

“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır – VİDEO

Premyer-liqa2021-04-15 11:56

Statistika: “Neftçi” – “Zirə” – VİDEO

Milli komanda2021-04-15 11:11

Millimizdən Yunanıstana dörd cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-04 20:48

“Neftçi” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

Gündəm