Connect with us

Ölkə futbolu

Təmkin Xəlilzadə: “Qəbələ” daha yaxşı şərtlər təklif etdi”

“Qəbələ”nin yeni transferi Təmkin Xəlilzadə "Re…

-də paylaşıldı

“Qəbələ”nin yeni transferi Təmkin Xəlilzadə "Report"a müsahibə verib.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

– İlin son günlərində klubunu dəyişdin. Necə oldu ki, bu transfer gerçəkləşdi?
– "Qəbələ" klubundan təklif gəldi. "Zirə" ilə müqaviləm daha 6 ay qüvvədə idi. Öz klubumun rəhbərliyi ilə oturub danışdıq. Sağ olsunlar, onlar da məni anlayışla qarşıladılar. İkitərəfli razılıq əsasında "Zirə" ilə müqaviləmə xitam verildi. Nəticədə "Qəbələ" ilə anlaşdım. Artıq irəli baxmaq lazımdır. Görək, bundan sonra necə olacaq.

– "Qəbələ" sənin transferin üçün "Zirə"yə heç bir məbləğ ödəmədi?
– Düzü, bunu bilmirəm. Yəqin ki, klublar arasında da danışıqlar olub. Özüm də "Zirə" rəhbərliyi ilə danışdım. Onlar da mənə maneçilik törətmədilər. "Qəbələ" ilə "Zirə" arasındakı danışıqların detallarından məlumatsızam.

– Hamı gözləyirdi ki, "Zirə"də qalacaqsan, komandanı dəyişsən belə, "Qarabağ"a keçəcəksən. Bu mənada düşünmürsən ki, "Qəbələ"yə keçidin sürpriz oldu?
– Düzü, bu, mənim üçün də gözlənilməz oldu. Açığı, mövsümün ilk yarısının gedişində – qış fasiləsindən iki ay əvvəl "Qəbələ"nin mənimlə maraqlandığına dair söz-söhbətlər qulağıma çatırdı. Amma ortada rəsmi bir şey yox idi. Rəsmi təklif qış fasiləsi zamanı gəldi. Daha dəqiqi, danışıqlar dekabrın 25-dən sonra başladı. Necə deyərlər, oturduq, dəyərləndirdik.

– "Zirə" və "Qəbələ" fərqli taktikalarla oynayır. Yeni klubunda özünü sol cinah müdafiəçisi, yoxsa eyni mövqedə yarımmüdafiəçi mövqeyində görürsən?
– Mənim üçün hər iki mövqe yad deyil. Həm müdafiədə, həm də yarımmüdafiədə oynadığımdan, bunların mənə problem yaradacağını düşünmürəm. Məncə, çətinliklə üzləşməyəcəyəm. "Qəbələ"nin də "Zirə"yə oxşar taktiki sxemlə oynadığı qarşılaşmalar olurdu. Üstəlik, rəqabətdən də qorxmuram. Biz futbolçuyuq. Kimlərlə rəqabət aparacağımızı gözəl bilirik. Mən oynayacağam deyə bir şey yoxdur. "Qəbələ"yə uğur qazanmaq üçün keçmişəm. Hədəflərim, düşüncələrim böyükdür. İnanıram ki, hər şey yaxşı olacaq və "Qəbələ"də böyük uğurlara imza atacağam.

– Səni "Qəbələ"yə buraxmaqla, "Zirə"nin zəifləyəcəyini düşünmürsən?
– Xeyr, heç vaxt belə fikirləşmərəm. Çünki "Zirə" deyəndə Təmkin yada düşmür, bu komanda təkcə məndən ibarət deyil. Orada yetərincə yaxşı oyunçular, legionerlər var. Yaxşı kollektivimiz var idi. Məncə, "Zirə" yenə öz oyununu ortaya qoyacaq. "Təmkin yoxdursa, "Zirə" də olmayacaq" kimi bir deyim yoxdur. Komandanı məndən başqa da tərk edənlər olub. Amma onların yerinə yeni oyunçular gələcək. Digər tərəfdən, artıq "Qəbələ"nin oyunçusu kimi danışsam, əsas rəqiblərimizdən biri kimi "Zirə"ni qeyd edərdim. Aramızda cəmi 1 xal fərq var. Bizi çox ağır mübarizə gözləyir.

– Maliyyə şərtlərində hansı dəyişikliklər var?
– Təbii ki, "Qəbələ" daha yaxşı şərtlər təklif edib. Amma məbləği açıqlaya bilmərəm.

– 2017-ci ili özün üçün necə dəyərləndirərdin?
– Karyeram baxımından, uğurlu dəyərləndirmək olar. Çünki "Zirə" ilə Avropa Liqasına vəsiqə qazandıq, avrokuboklarda debüt etdim. İlk dəfə milli komandaya çağırıldım və yığmada debüt etdim. Nəhayət, ilin son günlərində "Qəbələ" ilə müqavilə bağladım.  

Arxiv

Dünya futbolu2021-09-24 09:25

UEFA avrokuboklardan kənarda qalan klubları da sevindirəcək

Dünya futbolu2021-09-24 09:00

Messi “Mançester Siti” ilə oyunu buraxa bilər

Dünya futbolu2021-09-24 01:57

“Barselona” səfərdə xal itirdi

Dünya futbolu2021-09-24 00:44

“Napoli”dən darmadağın, “Roma”dan çətin qələbə

Dünya futbolu2021-09-23 23:53

“Fənərbaxça” qalib gəldi, “Trabzonspor” xal itirdi

Premyer-liqa2021-09-23 22:53

“Neftçi” bir itki ilə hazırlaşır

Dünya futbolu2021-09-23 22:21

60 yaşında meydana çıxan vitse-prezidentlə bağlı intizam işi açıldı

Dünya futbolu2021-09-23 22:01

“Barselona” türkiyəli futbolçu transfer etdi

Dünya futbolu2021-09-23 21:15

Sulşer Ronaldonu oynatmamasının səbəbini açıqladı

Ölkə futbolu2021-09-23 19:27

“Bu, yüklənmədən irəli gəlirdi” – Sezar Meza Kolli

Ölkə futbolu2021-09-23 18:52

Xayme Romero Barselonada əməliyyat olundu

Ölkə futbolu2021-09-23 18:21

“Omoniya” – “Qarabağ” matçının biletləri satışa çıxarılır

Ölkə futbolu2021-09-23 17:52

Samir Abasov: “Təmiz və ədalətli oyunla qalib gəlmək niyyətindəyik”

Dünya futbolu2021-09-23 17:36

Ukrayna millisinin sabiq hücumçusu karyerasını bitirdi

Ölkə futbolu2021-09-23 17:15

“Sanki Türkiyəyə gəlmişəm” – “Neftçi”nin legioneri

Digər2021-09-23 16:53

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-09-23 16:38

“Real”dan son 34 ildə ən yaxşı göstərici

I Divizion2021-09-23 16:14

Divizion klublarına xəbərdarlıq edildi

Premyer-liqa2021-09-23 15:54

“Qəbələ” 4 min manat məbləğində cərimələndi

Dünya futbolu2021-09-23 14:46

Runinin komandasının 12 xalı silindi

Premyer-liqa2021-09-23 14:23

Premyer Liqanın 5-ci turu rəqəmlərin gözü ilə

Milli komanda2021-09-23 14:08

Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

Müsahibə2021-09-23 13:51

Reynaldodan Azərbaycan haqqında məlumat alan Bezzera: “Deyilənləri anlayıram”

Dünya futbolu2021-09-23 13:34

UEFA Avropa çempionatının mükafat fondunu artırdı

Dünya futbolu2021-09-23 13:03

Benzema “200”ə çatdı, ilkə imza atdı

Ölkə futbolu2021-09-23 12:41

“Səni sevirəm, Emreli”

I Divizion2021-09-23 12:22

“Qarabağ”ın “Kəpəz”lə səfər matçının vaxtı açıqlandı

Ölkə futbolu2021-09-23 12:04

“Qəbələ” xahiş etdi, “Keşlə” ilə matçın vaxtı dəyişdi

I Divizion2021-09-23 11:43

“Qarabağ”ın məşqçisi: “Daha yaxşı işlər görəcəyik”

Dünya futbolu2021-09-23 11:26

“Qalatasaray” fanatları Terimin istefasını istəyir, o isə…

Dünya futbolu2021-09-23 11:00

Liqa 1 matçından sonra kütləvi dava – VİDEO

Dünya futbolu2021-09-23 10:46

“Qarabağ”ın rəqibi “Liverpul”un futbolçusunu istəyir

Dünya futbolu2021-09-23 10:31

Türkiyə klubu baş məşqçisi ilə vidalaşdı

Dünya futbolu2021-09-23 10:17

“Qarabağ”ın rəqibi inamlı qələbə ilə zirvədə

Dünya futbolu2021-09-23 10:03

Krivotsyukun komandası Polşa kubokuyla erkən vidalaşdı

Dünya futbolu2021-09-23 09:42

Qurbanlının komandası 3 xalı 4 qolla qazandı

Dünya futbolu2021-09-23 09:24

Super Liqa tarixinin ən erkən qolu vuruldu

Müsahibə2021-09-23 09:00

“Hamı bir-birinin işinə hörmətlə yanaşmalıdır” – Aleksey İsayev

Dünya futbolu2021-09-23 02:02

“Real”dan darmadağın

Dünya futbolu2021-09-23 01:04

PSJ autsayderə qalib gəldi

Dünya futbolu2021-09-23 00:46

“Yuventus”dan ilk, “Milan”dan inamlı qələbə

Dünya futbolu2021-09-22 23:04

“Qalatasaray” darmadağına üzüldü

Dünya futbolu2021-09-22 21:40

Emreli qol vurdu, “Legiya” kubokda mərhələ adladı

Dünya futbolu2021-09-22 21:21

“Qarabağ”ın rəqibi kubokda darmadağına sevindi

Digər2021-09-22 21:05

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya futbolu2021-09-22 20:45

“Bayern”də iki itki

Dünya futbolu2021-09-22 20:14

Messi, Ramos və Verratti PSJ-yə kömək edə bilməyəcək

I Divizion2021-09-22 19:46

“Qarabağ” qalib gəldi, “Turan” uduzdu

Milli komanda2021-09-22 19:20

Azərbaycan millisinin oyunları kütləvi yoluxmaya görə ləğv olundu

Ölkə futbolu2021-09-22 19:14

Gündəm