Azərbaycan Birinci Divizionunda çıxış edən "Şərurspor" klubunun prezidenti Sərdar Bağırov gözaltına alınıb.
Futbolinfo.az "Futbol+"ə istinadla xəbər verir ki, əslən naxçıvanlı olan iş adamı vergidən yayınmaqda ittiham olunur. O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar. Günahsızlığını sübuta yetirməyə çalışan klub prezidenti yaxın günlərdə azadlığa buraxıla bilər.
Qeyd edək ki, "Şərurspor" klubunun adı mətbuatda danışılmış oyunlarda hallanıb.






