Ölkəmizdə davam edən kəskin hava şəraiti futbola da təsirini göstərib. Futbolinfo.az xəbər verir ki, “Göyəzən” – “Qaradağ Lökbatan” və “Şahdağ” – “Zaqatala” matçları ilə yanaşı bu gün keçirilməli olan daha 2 qarşılaşma baş tutmayacaq.

Belə ki, “Energetik” – MOİK və “Ağsu” – “Bakılı” qarşılaşması əlverişsiz hava şəraiti ucbatından təxirə salınıb. Matçların nə vaxt oynanılacağı hələ ki, tam dəqiqləşməyib. Paytaxtda oynanılmalı olan “Şərurspor” – “Şəmkir” görüşünün isə təxirə salınıb-salınmayacağı qarşıdakı saatlarda bəlli olacaq.

Shares: