"Barselona"nın forvardı Luis Suares Çempionlar Liqasının 1/8 finalının PSJ ilə cavab oyununda lazımi nəticəyə ümid etdiyini dilə gətirib. Futbolinfo.az xəbər verir ki, uruqvaylı futbolçu bunları söyləyib: 

"Özünə inanmayan futbol oynamasa, yaxşıdı. Bizim isə inamımız böyükdü. İlk hissədə 2 qol vura bilsək , PSJ həyəcanlana bilər. Həqiqətən də istənilən çətin vəziyyətdən çıxmaq gücünə malikik. Tarixə düşmək istəyiriksə meydana çıxıb hər şeyi yoluna qoymalıyıq".
 
Xatırladaq ki, avrokuboklar tarixində 0:4 hesablı məğlubiyyətdən sonra heç bir komanda növbəti mərhələyə yüksəlməyib.

Shares: