Millimizin baş məşqçisi Robert Prosineçki martın 9-da Qətərlə keçiriləcək yoxlama oyunu üçün heyəti açıqlayıb. Futbolinfo.az xəbər verir ki, siyahıda ən çox diqqətcəlb edən ad “Qarabağ”ın braziliyalı oyunçusu Riçard Almeydadı.

2012-ci ilin yayından bəri ölkəmizdə top qovan yarımmüdafiəçinin vaxtından əvvəl yığmaya dəvət olunması hamıda maraq doğurub. Amma AFFA-dan aldığımız məlumata görə, onun Qətərlə matçda meydana çıxmasında heç bir problem yoxdu. Buna səbəb qarşılaşmanın FİFA-nın ayırdığı pəncərə çərçivəsində keçirilməməsidi.  

Ancaq burada ziddiyətli bir məqam var. Çünki Almeyda Qətərlə matçda meydana çıxsa belə, hələ də debüt etməmiş sayılacaq.

Shares: