Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. Futbolinfo.az xəbər verir ki, siyahıda bu dəfə də ciddi dəyişiklik olmayıb.

Azərbaycan millisinin də mövqeyi və xal ehtiyatı dəyişməyib. Aktivində 1435 xal olan komandamız mövqeyini qoruyub. Yığmamız planetin 10-cusudu.

Millimizin AÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Macarıstan 1182 xalla 31-ci, Bosniya və Herseqovina 1133 xalla 38-ci, Albaniya 843 xalla 77-ci yerdə qalıb.

Yığmamızın yoxlama oyunlarında üz-üzə gələcəyi Moldova isə 950 xala malikdi. Rəqibimiz siyahıda 57-cidi.

İlk “onluq”
1. Braziliya – 1916
2. İspaniya – 1889
3. Rusiya – 1763
4. Argentina – 1706
5. İtaliya – 1619
6. İran – 1608
7. Portuqaliya – 1570
8. Ukrayna – 1483
9. Qazaxıstan – 1451
10. Azərbaycan – 1435

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp