Topaz Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətlərinin yarışında Azərbaycan çempionatının mükafatçıları bəlli olub. Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündən sonra “Qarabağ” qızıl, “Qəbələ” gümüş medal qazanıb. Son turadək 3-cü yeri tutması rəsmiləşən “Neftçi” bürünc mükafatçı olub.
İlk dəfə 1997/98 mövsümündə keçirilən və yalnız PFL yaradıldıqdan sonra 2008/09 mövsümündən bərpa olunan yarış 10-cu dəfə təşkil edilib. İndiyədək yalnız 1 dəfə – 2009/10 mövsümündə çempion olan “Qarabağ” tarixində 2-ci dəfə qızıl medallara yiyələnib. Lakin bu dəfəki çempionluq həm də əsas komandanın uğuru ilə üst-üstə düşüb. Belə ki, “Qarabağ” həm Premyer Liqa, həm əvəzedicilərin yarışında ən yaxşı olub. Bunadək tarixdə yalnız bir dəfə – 2011/12 mövsümündə belə hal yaşanmış, “Neftçi” həm əsas, həm əvəzedicilərlə 1-ci olmuşdu. Ümumilikdə isə “Qarabağ” 2-si qızıl, 2-si gümüş olmaqla 4-cü mükafatını əldə edib.
Ötən mövsümün çempionu “Qəbələ” 3-cü dəfə gümüşə yiyələnib. 2 bürüncü də olan “qırmızı-qaralar” ümumilikdə 6-cı dəfə mükafatçılar sırasında yer alıb.
6-cı dəfə “üçlük”də qərarlaşan “Neftçi” 3-cü dəfə bürünc medala yiyələnib. Bakılıların 2 qızıl və 1 gümüş mükafatı da var.
Əvəzedicilərin çempionatının mükafatçıları
mövsüm |
çempion |
II yer |
III yer |
1997/98 |
OİK (Bakı) |
Neftçi (Bakı) |
Kəpəz (Gəncə) |
2008/09 |
Neftçi (Bakı) |
Qarabağ (Ağdam) |
Bakı |
2009/10 |
Qarabağ (Ağdam) |
İnter (Bakı) |
Qəbələ |
2010/11 |
Bakı |
Turan (Tovuz) |
Qəbələ |
2011/12 |
Neftçi (Bakı) |
Qəbələ |
İnter (Bakı) |
2012/12 |
Bakı |
Simurq (Zaqatala) |
Neftçi (Bakı) |
2013/14 |
İnter (Bakı) |
Qəbələ |
Simurq (Zaqatala) |
2014/15 |
İnter (Bakı) |
Simurq (Zaqatala) |
Neftçi (Bakı) |
2015/16 |
Qəbələ |
Qarabağ (Ağdam) |
Sumqayıt |
2016/17 |
Qarabağ (Ağdam) |
Qəbələ |
Neftçi (Bakı) |