Almaniya üçüncü Bundesliqasında 35-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda "Frankfurt"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Erat bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

Qeyd edək ki, "Duysburq" 35 turdan sonra 61 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.

Shares: