Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların tam siyahısı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, qitəmiqyaslı turnirlərə sonuncu vəsiqəni “Zirə” klubu qazanıb. 

Paytaxt təmsilçisi buna Topaz Premyer Liqasının sonuncu – 28-ci turunda nail olub. Səfərdə AZAL-ı 3:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun yetirmələri çempionatı 4-cü pillədə başa vurub və UEFA Avropa Liqasında oynamaq hüququ qazanıb. Qəsəbə təmsilçisi bu yarışa vəsiqəni öncədən təmin edən “Qəbələ” və “İnter”lə birlikdə mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq. 

Ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olan “Qarabağ” isə Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Təmsilçimiz yarışa ikinci təsnifat mərhələsindən qoşulacaq.

Shares: