"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Turnir cədvəli baxımından mühüm qarçılaşma deyildi. Bu gün az oynayan futbolçularımız meydanda oldu və onların nəyə qadir olduğunu gördük”.
Qriqorçuk bu gün Ozobiçi meydanda buraxsaydı, o, bombardir ola bilərdi. Maraqlıdı, baş məşqçi xorvatiyalı yarımmüdafiəçiyə bu şansı niyə yaratmayıb?: "Ozobiçə görə yox, komanda üçün oynayırıq. Digər tərəfdən, 11 qol hücumçu üçün çox pis göstəricidi. Hətta deyərdim ki, çox gülüncdü. Ona görə Ozobiçin meydanda olmasını istəmədim".
Roman İosifoviç özü üçün çıxardığı maraqlı bir statistik rəqəmdən danışıb: "Ən real, deyərdim ki, 100 faizdən də artıq istifadə etmədiyimiz qol imkanlarının sayı 142-yə bərabərdi. Elə Filip özü əldə etdiyi bu cür imkanların 1/3-dən istifadə etsəydi, bax, onda onun bombardirliyi samballı rəqəmlərlə ölçülərdi". (sport24.az)