İsveç Futbol Federasiyası bu gün ölkə çempionatının 9-cu tur çərçivəsində keçirilməsi planlaşdırılan “Göteborq” – AİK matçını təxirə salıb. Futbolinfo.az xəbər verir ki, federasiyanın rəsmi saytından verilən açıqlamaya görə, AİK-in futbolçularından biri komanda üzvlərinə “Göteborq”a uduzmalarına külli miqdarda pul təklif edildiyini bildirib.

Məlumatdan sonra federasiya oyunu təxirə salıb. İFF-in baş katibi Hakan Syörtsand bunları bildirib:
 
“Bu, İsveç futbolunu ləkələmək üçün atılmış addımdı. Bunu qəbul edə bilmərik. Əlimizdəki məlumatlara görə “Göteborq” – AİK matçının təmiz keçəcəyinə zəmanət verə bilməzdik. Bu səbəbdən oyunu təxirə saldıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp