İngiltərə Premyer Liqasında çıxış edən “Uotford” klubu mövsüm başa çatan kimi baş məşqçisi Valter Matsarri ilə yolları ayıracaq. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliyalı mütəxəssis “Uotford”un sükanı arxasına ötən ilin mayında keçib. “Sarı-qaralar” Premyer Liqada keçirdiyi son 5 oyunu məğlubiyyətlə başa vurub.
 
Qeyd edək ki, "Uotford" Premyer Liqada qalmağı bacarıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp