19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Qazaxıstan yığması ilə qarşılaşan komandamız 3:2 hesabı ilə qələbə qazanıb. 

Komandamızın heyətində qolları Rövşanə Sərdarlı, Nino Qurqenidze və Vüsalə Seyfətdinova vurub.

Xatırladaq ki, komandamız ilk oyununda Ukraynaya 0:3 hesabıyla uduzmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp