Bakıda təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, ilk oyunda U-23 millimiz Əlcəzairə 2:0 hesabıyla qalib gələrək adını finala yazdırmışdı.

İkinci yarımfinal görüşündə isə Kamerun və Oman yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığından, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada isə daha dəqiq olan omanlılar qələbə qazanıblar – 4:3. 

Beləliklə, mayın 21-də keçiriləcək final matçında yığmamız Oman millisi ilə qarşılaşacaq. 
 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp