Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilir. Futbolinfo.az xəbər verir ki, saat 10:00-da başlayan iclasda aşağıdakı məsələlərin müzakirə olunması nəzərdə tutulub:

1. Topaz Premyer Liqasında 2017/18-ci il mövsümünün oyunlarında komandaların əsas heyətində oynayacaq gənc futbolçu üçün limit məsələsi

2. 2017/18 mövsümünün başlama tarixi və təqvim barədə məlumat verilməsi  (PFL nümayəndəsinin iştirakı)

3. Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar növbəti mövsüm birinci dövrədə "Kəpəz"in ev oyunlarında ehtimal olunan dəyişikliklər barədə 

4. 2016/17 mövsümünün yekunlarının müzakirəsi

5. Digər məsələlər

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp