Belçika Pro Liqasında çempionun adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, çempionluq qrupunun 9-cu turunda "Anderlext" "Şarlerua"nın qonağı olub. 

Qonaqlar bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıblar. Nəticədə, ilk altılıq komandaları arasında xallarının sayını 49-a çatdıran "Anderlext" sona bir tur qalmış növbəti çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, bu, "Anderlext"in tarixində 34-cü çempionluğudu. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp