"Sumqayıt" Futbol Klubunun baş məşqçisi Samir Abasovla, akademiyanın koordinatorları Baba Əsgərov və Sabir Əliyevin dünyaca məşhur Zaqreb "Dinamo"suna yollanması barədə məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, dünən məşqçilər Xorvatiya klubunun məşqini izləyib, ardınca baş məşqçi Samir Abasov təcrübə toplamaq məqsədi ilə həmkarı, adıçəkilən klubun çalışdırıcısı İvaylo Petevlə görüşüb və onun iş sistemi ilə yaxından maraqlanıb. 

Daha sonra "Sumqayıt"ın məşqçiləri "Dinamo"nun akademiyasının rəhbəri İvo Şuşakın qonağı olub. Görüş zamanı mütəxəssislər akademiyanın ümumi sistemi və aşağı yaş komandalarının strukturu ilə tanış olublar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp