“Kəpəz”in əsas komandasının məşqçilər korpusunda yeni təyinat olub. Futbolinfo.az xəbər verir ki, Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. 

O, baş məşqçinin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayev ilə bir il müddətinə müqavilə bağlanacaq. 

Vaxtilə futbolçu, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə “Kəpəz”in məşqçisi və baş məşqçisi işləyib. O, istefaya göndərilən Füzuli Allahverdiyevin əvəzinə təyinat alıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp