“Qəbələ”nin gürcü legioneri Nika Kvekveskirini “qırmızı-qaralar”la yeni müqavilə imzalamağa qoymayan klubun adı bəllidi. Futbolinfo.az xəbər verir ki, Azərbaycanda “Neftçi”nin, Qazaxıstanda “Kayrat”ın maraqlandığı Nika hazırda digər Qazaxıstan klubuna – “Tobol”a keçməyə yaxındı.

Kvekveskiri  həmyerlisi Omari Tetradzenin istəyiylə orta Asiyaya yollanmağa hazırlaşır. Kostanay klubunun əsas komandasını çalışdıran Tetradze yarımmüdafiəçiyə illik 200 min dollar (təxminən 340 min manat) məvacib vəd edib. Bu isə onun “Qəbələ”də aldığından iki dəfə çoxdu.

Əslində Gürcüstan millisinin yarımmüdafiəçisi üçün Qəbələ təmsilçisində oynamaq daha əlverişlidi. Azərbaycanın bu bölgəsindən tez-tez Gürcüstana gedə bilən futbolçu böyük maaş fərqinə göz yuma bilmir.

Qeyd edək ki, Kvekveskiri ona yeni müqavilə təklif edən "Qəbələ" rəhbərliyindən vaxt istəyib. O, azərbaycanlılara son olaraq sabah dəqiq cavab deyəcəyini bildirib. Fanat

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp