Azərbaycan yığmasının üzvü Renat Dadaşov Almaniyanın "Ayntraxt" klubu ilə yeni müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, mayın 17-də 18 yaşını qeyd edən gənc hücumçu peşəkar futbolçu kimi ilk müqaviləsinə imza atıb. 

O, 2020-ci ilin iyun ayına qədər Frankfurt təmsilçisinin uğurları üçün çalışacaq. Bu barədə məlumatı klubun idman direktoru Fredi Bobik bildirib. O, Renata böyük ümidlər bəslədiklərini vurğulayıb: "Biz Renatda böyük potensial görürük. Onu kifayət qədər inkişaf etdirmək istəyirik. Renat U-19-un heyətində çempionatdakı çıxışı ilə bizim etimadımızı qazana bildi".

Qeyd edək ki, bu müqavilə Renatın Almaniyanın əsas Bundesliqasında oynamasına imkan verəcək.

Dadaşov özü də ilk peşəkar müqaviləsini imzalamasına münasibət bildirib: "Çox şadam ki, "Ayntraxt"da peşəkar karyerama başlamaq imkanı qazandım. Buna görə ailəmə, dost-tanışlarıma böyük təşəkkürümü bildirirəm. Onlar bu yolda mənə daim dəstək nümayiş etdiriblər".

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp