UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Samterdia” ilə qarşılaşacaq “Qarabağ” bu oyun üçün biletlərin satış tarixini açıqlayıb. Futbolinfo.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, azarkeşlər iyulun 7-dən etibarən biletləri ala biləcəklər.

Qeyd edək ki, “Qarabağ” – “Samtredia” matçı iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 21:00-da start götürəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp