Uelsin "Suonsi Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasında mübarizə aparan sözügedən klub Almaniya çempionu "Bavariya"nın futbolçusu Renato Sanşeşi icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb 20 yaşlı portuqaliyalı yarımmüdafiəçi yeni klubunda 1 illik icarə əsasında çıxış edəcək.
Müqavilədə mövsümün sonunda futbolçunun transfer hüququnun satın alma şərti qoyulmayıb. Münhen təmsilçisi Sanşeşi oyun təcrübəsi qazanması üçün icarəyə verib.
Qeyd edək ki, "Bavariya" Portuqaliya millisinin üzvünü ötən il "Benfika"dan 35 milyon avroya transfer etmişdi.