Almaniyanın "Borussiya" (Dortmund) klubu heyətinə yeni futbolçu cəlb edib.

Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Ceydon Cançonu icarəyə götürüb. Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. Sözügedən futbolçu 1 illik icarəyə götürülüb. Mövsümün sonunda 17 yaşlı futbolçunun birdəfəlik transferi ilə də bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Sanço "Mançester Siti"yə "Uotford"dan transfer olunub. O, bu il İngiltərə yığmasının heyətində U-17-lər arasında AÇ-2017-nin ən yaxşı futbolçusu seçilib. 

Shares: