“Qarabağ” Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevi heyətinə qatmaq firkindədi.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun rəhbərliyi bununla bağlı hücumçunun məxsus olduğu “Trabzonspor”a müraciət edib.

“Qarabağ” Ramili Trabzon təmsilçisindən icarəyə götürəcək. Məlumatı “Trabzonspor”un vitse-prezidenti Ahmet Çubukçu da təsdiqləyib:

“Bəli, “Qarabağ” Ramili bizdən istədi. Hazırda danışıqlar gedir. Klubumuzun prezidenti “Qarabağ” rəhbərliyi ilə görüşür”. (qafqazinfo)

"Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Köhlən atlar" heyətini ÇL oyunları üçün gücləndirməyə çalışır. Ağdam təmsilçisi ÇL-in qrup mərhələsində "Çelsi", "Atletiko" (Madrid) və "Roma" ilə eyni qrupda mübarizə aparacaq. Ağdam klubu bu rəqiblərlə oyunlar öncəsi Şeydayevlə yanaşı, daha bir neçə futbolçu ilə bağlı transfer danışıqlarını davam etdirir.

Shares: