Futbol üzrə İspaniya La Liqasında 11-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Atletiko” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Deportivo” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan qələbə ilə ayrılıb – 1:0. Madridlilərin yeganə qolunu 90+1-ci dəqiqədə Tomas Partey vurub.

Bu qələbədən sonra “Atletiko” xallarının sayını 23-ə çatdırıb. Paytaxt təmsilçisi 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Bakıda qolsuz heç-heçəyə razılaşdığı “Atletiko” ilə səfərdəki oyunda da 1:1 edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp