Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt təmsilçisi 11-ci tur çərçivəsində səfərdə “Ştutqart”la qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.

Futbolçularımız da bu matçın iştirakçısı olublar. Onların hər ikisi meydana start heyətdə çıxıb. Renat sonadək oynayıbsa, Murad 90-cı dəqiqədə əvəzlənib. Renat komandasının 1 xal qazanmasında da xüsusi pay sahibi olub. O, 51-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb.

“Ayntraxt” hazırda 15 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp