Futbol üzrə Türkiyə Super Liqasında 11-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, əsas millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Kasımpaşa” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Dəniz bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

"Bursaspor" geridə qalan turlarda topladığı 17 xalla 18 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp