İspaniya La Liqasında növbəti baş məşqçi istefası qeydə alınıb.

Futbolinfo.az xəbər verir ki, “Alaves” rəhbərliyi Canni De Byazi ilə yolları ayırmağa qərar verib. Komanda onun rəhbərliyi altında gözlənilən kimi çıxış etmədiyindən, italiyalı mütəxəssis istefaya göndərilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

De Byazi cəmi iki ay idi “Alaves”i çalışdırırdı. Mövsümə argentinalı Luis Zubeldianın rəhbərliyi altında başlayan komanda startdakı ardıcıl 5 məğlubiyyətin ardından onu italiyalı mütəxəssislə əvəzləmişdi. Amma 61 yaşlı çalışdırıcı da “Alaves”in xilaskarına çevrilə bilməyib. 8 oyunda 2 qələbə qazanıb, 6 dəfə məğlubiyyətlə üzləşən italiyalı məşqçi də Zubeldianın aqibətini yaşayıb.

“Alaves”i qarşıdakı oyunlara müvəqqəti olaraq Xavyer Sabello hazırlaşdıracaq. Yeni baş məşqçinin nə vaxt təyin olunacağı isə bəlli deyil.

La Liqanın aşkar autsayderi 13 turdan sonra 6 xalla 20 iştirakçı arasında sonuncudu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp