İtaliyanın “Sassuolo” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, ötən gün Kristian Bukkini istefaya göndərən A Seriyası təmsilçisi yeni baş məşqçisini də müəyyənləşdirib. Sözügedən kollektivi bundan sonra Cüzeppe Yakini çalışdıracaq. Bu barədə məlumatı klub saytı yayıb.

Yakini son olaraq ötən mövsüm “Udineze”ni çalışdırıb. 53 yaşlı mütəxəssisin yeni komandası isə cari mövsümdə Bukkinin rəhbərliyi altında 15 oyun keçirib, bu qarşılaşmaların 4-də qalib gəlib, 2 görüşdə bərabərə qalıb, 9 oyunda isə məğlub olub. Komanda 14 turdan sonra turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp