Connect with us

Ölkə futbolu

Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

“Neftçi”nin legioner futbolçusu Qoran Parats…

-də paylaşıldı

“Neftçi”nin legioner futbolçusu Qoran Paratski Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Uypeşt” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi Futbolinfo.az saytının suallarını cavablandırıb:

– “Uypeşt”lə oyunda asan qələbə qazandınız sanki. Rəqibi aşkar üstələdiniz…
– Matça yaxşı başlamadıq. İlk 10 dəqiqədə konsentrasiyanı itirib qol vuraxdıq. Amma xarakter göstərdik və geridönüş etdik. Çox yaxşı oynadıq və sona qədər “döyüşdük”. Sonradan 3 qol vurmağımız da xarakterimizin göstəricisi idi. Çox da asan olmadı. Çünki yeni komanda kimi mövsümdə meydana çıxdığımız ilk oyun idi. Biz bundan sonra daha da yaxşı ola bilərik. 

– Macarıstan klubunun baş məşqçisi oyundan qabaq bildirmişdi ki, bizim “Neftçi” kimi büdcəmiz yoxdu ki, istədiyimiz futbolçuları alaq və buna görə rəqib favoritdi. Səncə, bu əhəmiyyətli rol oynadı?
– Düşünürəm ki, onlar yaxşı komandadılar və heyətləri heç də pis deyil. Sadəcə, biz ilk oyunda qalib gəlmişik və ikinci oyunda da bunu davam etdirmək lazımdı. Bilirik ki, heç də asan olmayacaq. Çox ciddi şəkildə hazırlaşırıq. Mən onların büdcəsi haqqında heç nə bilmirəm. Çünki öz oyunuma köklənib qalib gəlmək istəyirəm. 

– 3:1-i “Neftçi” üçün yaxşı hesab saymaq olar. Razısız?
– Bununla razıyam. Amma ikinci oyuna bunu düşünərək yox, yaxşı köklənərək çıxmaq lazımdı. Yenə də ən yaxşısını etməliyik. Dediyim kimi, sadəcə, ilk oyunu qazanmışıq. İlk matçda yaxşı iş gördük və davamını gətirmək fikrindəyik.

– “Neftçi”nin heyət baxımından tam uyğunlaşdığını söyləmək olar?
– Düşünürəm ki, komandada heç bir problemimiz yoxdu. Yaxşı hazırlıq keçdik, özümüzü köklədik, normal yoldaşlıq oyunları keçirdik və ilk oyunda qalib gəldik. İkinci matçda da bunu etməyə çalışacağıq. Getdikcə “Neftçi” daha güclü komandaya çevriləcək. 

– Yəqin ki, bəzən ikinci mərhələni düşünüb “kaş daha zəif komanda ilə düşərdik” deyirsiz. “Sevilya”nı keçmək mümkün olarmı?
– Əlbəttə ki, “Sevilya” bizim fikrimizdədi. Bunun üçün “Uypeşt”lə ikinci oyunda hər şeyimizi meydanda qoyub qalib gəlmək istəyirik. İspanlarla oyun haqqında danışmaq istəmirəm. Daha çox Macarıstandakı matça adaptasiya olmaq fikrindəyəm. Lakin “Sevilya” haqqında nəsə deməliyəmsə, hər şey meydanda görünəcək. Onlarla matçda özümüzü göstərmək istəyirik. “Sevilya” bir rəqibdən daha artıq komandadı.

CAVAD

Arxiv

Milli komanda2021-03-03 12:25

Millimizin Moldova ilə oyun heyəti bəlli oldu

Ölkə futbolu2021-03-03 12:03

“Keşlə”də dəyişən yalnız məşqçilərdi

Ölkə futbolu2021-03-03 11:43

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

Milli komanda2021-03-03 11:24

“Bunu bacarmaq üçün hər gün çalışırıq” – Millimizin üzvü

Milli komanda2021-03-03 11:01

Millimizin qapıçısı heyətdən kənarlaşdırıldı

Milli komanda2021-03-03 10:47

Heç kimi tanımayan Kobin: “Rüstəmlə Anatoli yığmanıza kömək edə bilər”

Dünya futbolu2021-03-03 10:29

“Qarabağ”ın sabiq futbolçusu karyerasını bitirdi

Dünya futbolu2021-03-03 10:05

“Şalke”də yeni baş məşqçi

Dünya futbolu2021-03-03 09:33

“Pirelli” növbəti mövsümdən “İnter”in sponsoru olmayacaq

Premyer-liqa2021-03-03 09:15

“Sumqayıt” “Zirə”yə, “Neftçi” “Sabah”a qarşı – YENİLƏNİR

Müsahibə2021-03-03 09:00

“Bu vəziyyətdən birlikdə çıxacağıq”

Dünya futbolu2021-03-03 02:14

“Borussiya” yarımfinalda

Dünya futbolu2021-03-03 02:09

“Mançester Siti”dən növbəti qələbə

Dünya futbolu2021-03-03 01:44

“Yuventus”dan darmadağın

Dünya futbolu2021-03-03 01:35

“Torino”nun daha bir oyununa koronavirus əngəli

Dünya futbolu2021-03-02 23:09

“Barselona”nın sabiq prezidenti azadlığa buraxıldı

Dünya futbolu2021-03-02 22:45

“Beşiktaş”a bir qol bəs etdi

Ölkə futbolu2021-03-02 22:22

“Neftçi TV”də “Fanzona” – VİDEO

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 20:39

“Neftçi”yə məğlubiyyətin nə dərəcədə faydalı olduğunu mövsümün sonunda görəcəyik”

Premyer-liqa2021-03-02 21:17

“Qarabağ” “Qəbələ”ni belə məğlub etdi – VİDEO

Premyer-liqa2021-03-02 19:05

“Səbail”lə “Keşlə”dən hərəyə 1 qol, 1 xal – VİDEO

Ölkə futbolu2021-03-02 10:04

“e-Milli” komandamızın üzvləri bəlli oldu – VİDEO

Digər2021-02-28 16:45

Ulduz stansiyası: Eldar Mansurov – VİDEO

Ölkə futbolu2021-02-27 21:46

“Ulduz stansiyası”nın növbəti qonağı – Eldar Mansurov

Premyer-liqa2021-02-25 23:11

“Qarabağ” 3 xalı tək qolla qazandı – VİDEO

Premyer-liqa2021-02-25 22:05

“Sabah”la “Keşlə”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-02-25 19:03

“Zirə” “Neftçi”ni məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-02-25 15:48

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Premyer-liqa2021-02-22 17:55

Son dəqiqə qələbəsi “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-02-21 14:15

Beynəlxalq Ana Dili Gününüz mübarək! – VİDEO

Premyer-liqa2021-02-20 21:34

“Neftçi” 90+4-də sevindi – VİDEO

Premyer-liqa2021-02-20 20:37

“Keşlə” – “Zirə” matçında 4 qol – VİDEO

Premyer-liqa2021-02-19 20:46

“Sumqayıt” – “Qarabağ” 0:0 – VİDEO

Premyer-liqa2021-02-19 19:22

“Səbail” “Sabah”ı məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-02-18 18:10

Statistika: “Neftçi” – “Qəbələ”

Ölkə futbolu2021-02-18 11:03

“Neftçi” çempionluğa hazırdır” – Nərimancahan

Ölkə futbolu2021-02-17 17:57

“Neftçi” yeni hücumçusuna qovuşdu – VİDEO

Premyer-liqa2021-02-14 19:56

“Zirə” – “Sabah” 2:2 – VİDEO

Premyer-liqa2021-02-14 18:24

“Qəbələ” “Keşlə”ni məğlub yola saldı – VİDEO

Gündəm