Ölkə futbolu
Tarixin 3-cü ən məhsuldar DÇ-si
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionat…

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı məhsuldarlığı ilə seçildi.
Futbolinfo.az xəbər verir ki, DÇ-2018-də qapılara bütövlükdə 169 qol vurulub ki, bu da mundial tarixində 3-cü ən yaxşı göstəricidi.
Rekord isə DÇ-1998 və DÇ-2014-ə aiddi. Bu dünya çempionatlarında qapılara 171 qol vurulub.
Qeyd edək ki, Rusiyadakı DÇ-də vurulan 169 qoldan 73-ü standart vəziyyətlərdən – künc, penalti və cərimə zərbələrindən sonra qeydə alınıb.
Standart vəziyyətlərdən vurulan qolların payı 43 faiz olub ki, bu da 1966-cı ildə keçirilən mundialdan sonra ən yaxşı göstəricidi.