Connect with us

Ölkə futbolu

“Neftçi”ni dünənində kölgələnənlər

Denis Silva, Saşa Stamenkoviç, Bahodir Nasimov, Erik Ramos… …

-də paylaşıldı

Denis Silva, Saşa Stamenkoviç, Bahodir Nasimov, Erik Ramos… 5-6 il öncənin “Neftçi”si yadınıza düşdü, deyilmi? O vaxt çempionluqları sıralayan, Avropa kuboklarında qrupa düşmək cığırını açan möhtəşəm heyətin üzvlərindən danışırıq.
 
Denis ovaxtdan Bakıda qalıb, “İnter”i (indiki “Keşlə”) çiynində daşıyanlardandı, Bahodir də bugünlərdə qayıdıb. O yandan da “Sabah” dünənə möhtacdı – Saşa çoxdan düşərgədədi, Erik də təyyarədən təzə düşüb. Ötən illərdə Nikolas Kanalesi də “Neftçi”yə qaytarmışdılar.
 
Flavinyo və Bruno Bertuççi karyerasını bitirib, amma Karlos Kardozo, Julius Vobay və başqalarını axtarıb tapmaq olar. Ovaxtkı “Neftçi”nin üzvü Cavid İmamverdiyev üçün yarım milyon xərcləyən “Sabah” bu oyunçuları da gətirsə, təəccüblənmərik.
 
Təsadüf deyil, klubların tapşırıldığı səriştəsiz südəmərlər illərdi heç nə bacarmır, yumurtaları lax çıxır, ona görə sələflərinin izi ilə getməyə cəhd edirlər. Sınaqdan çıxmış, özünü sübut etmiş əcnəbilərə qucaq açırlar. 31, 32, 35 yaşında… Halbuki onların hamısı indi ayaq sürüməklə, müftə pul qazanmaqla məşğul olacaq. Zamanında əla idilər, indi isə solğun kölgələrində daldalanmaq istəyənlər var.
 
Bu, “Keşlə”nin, “Sabah”ın rəhbərliyinin bacarıqsızlığının nümunəsidi. “Neftçi”də dizi zədələnən Bahodir üçün futbol çoxdan bitib, amma indi onun topal ayağı da rəqabətsiz Premyer Liqa üçün dəyərlidi. Zaur Axundova Mahir Şükürovu, İqor Mitreskini də təklif etsən, indi harda olduqlarını soruşmadan “gəlsin” deyəcək. Çünki futbolda gördüyü bu adlar olub, imkanı olsa, Qurban Qurbanova da forma geyindirmək istəyər.
 
“Sabah” rəhbərliyi də həmçinin. “Neftçi” Avropa Liqasında qrupa düşəndə indi vəzifə sahibi olan bu uşaqlar gözünü döyüb, həsəd aparırdı. İndi özləri oyunçu seçməyi bacarmır, xatirələri canlandırırlar. Ya bu insanlar ağılsızdı, ya da çempionatımızın səviyyəsi həqiqətən veteranlar arasında dostluq matçları səviyyəsinə enib. Tahir Süleymanovu da çağırın, onların oyunlarını idarə etsin. Onların hamısını bu şəxs bir komandada birləşdirmişdi, dillərindən anlar. Bacarığından, təcrübəsindən faydalanmır, düşmən gözüylə baxırsız, heç olmasa, bu adla ayağına gedin.
 
Başqalarının illər öncə əkdiyi ağacların meyvəsini dərib, altında kölgələnməklə iş olmaz. Bir neçə ildən sonra sizdən hansı miras qalacaq?
 
CAVAD

Arxiv

Ölkə kuboku2021-04-21 21:49

“Zirə” “Keşlə”ni səfərdə məğlub etdi – VİDEO

Ölkə kuboku2021-04-21 21:30

“Qarabağ” “Sumqayıt”a qarşı – YENİLƏNİR

Ölkə futbolu2021-04-21 20:57

“Neftçi TV”də “Bir sevgi” – VİDEO

Ölkə futbolu2021-04-21 20:50

“Bərbad oynamağımız mənə təsir etdi”

Ölkə kuboku2021-04-21 20:43

“Yarımfinala layiq matç alındı” – Rəşad Sadıqov

Dünya futbolu2021-04-21 19:57

Futbol hakimi koronavirusa yoluxdu – Türkiyədə

Ölkə futbolu2021-04-21 18:41

“Kasımpaşa”nın futbolçusu milli komandamızda

Ölkə futbolu2021-04-21 18:09

Azərbaycan millisi Divizion klubuna darmadağınla qalib gəldi

Ölkə futbolu2021-04-21 17:42

“Ukrayna millisindən dəvət gözləyə bilməzdim” – Nuriyev

Digər2021-04-21 17:22

2075 yeni yoluxma, 32 ölüm faktı – Azərbaycanda

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Dünya futbolu2021-04-21 16:20

Avropa Super Liqası: “Yuventus” da ayrıldı

Dünya futbolu2021-04-21 15:44

“Milan” da Avropa Super Liqasından imtina etdi

Milli komanda2021-04-21 15:29

“Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim”

Ölkə futbolu2021-04-21 15:01

“Çempionatı daha yüksək pillədə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”

Dünya futbolu2021-04-21 14:45

“İnter” və “Atletiko” da Super Liqanı tərk etdi

Dünya futbolu2021-04-21 14:26

İngilislər Avropa Klublar Birliyinə qayıtmaq istəyir

Dünya futbolu2021-04-21 13:58

Türkiyə klubunun 2 futbolçusunda koronavirus aşkarlandı

Dünya futbolu2021-04-21 13:25

Almaniya və Braziliya eyni qrupa düşdü – Tokio-2020

Dünya futbolu2021-04-21 12:41

Macarıstan çempionu bəlli oldu

Ölkə kuboku2021-04-21 21:49

“Zirə” “Keşlə”ni səfərdə məğlub etdi – VİDEO

Ölkə futbolu2021-04-21 20:57

“Neftçi TV”də “Bir sevgi” – VİDEO

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Ölkə futbolu2021-04-21 11:47

“Neftçi”nin veteranı yubileyini qeyd edir – VİDEO

Premyer-liqa2021-04-17 22:59

“Neftçi”dən “Zirə”yə 4 cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-17 21:37

“Sabah” “Keşlə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Dünya futbolu2021-04-17 18:22

Millimizin üzvü dubla imza atdı – VİDEO

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Premyer-liqa2021-04-16 21:17

“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO

Ölkə futbolu2021-04-16 16:47

Topdan gülüş: Fəhmin Muradbəyli və Mirabdulla Abbasov

Ölkə futbolu2021-04-15 22:22

Samir Abasov azarkeşlərin suallarını cavablandırıb – VİDEO

Ölkə futbolu2021-04-15 20:59

“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır – VİDEO

Premyer-liqa2021-04-15 11:56

Statistika: “Neftçi” – “Zirə” – VİDEO

Milli komanda2021-04-15 11:11

Millimizdən Yunanıstana dörd cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-04 20:48

“Neftçi” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

Gündəm