Connect with us

Ölkə futbolu

"Mən nə Messiyəm, nə Ronaldo"

"Neftçi”nin yeni futbolçusu Rəşad Eyubov kl…

-də paylaşıldı

"Neftçi”nin yeni futbolçusu Rəşad Eyubov klubun rəsmi saytının suallarını cavablandırıb. 25 yaşlı yarımmüdafiəçi yeni mövsümə hazırlıqdan danışıb.
 
– Premyer Liqanın ilk turuna hazırlaşırsız. Əhval-ruhiyyə necədir?
– Hər şey yaxşıdır. Mövsümün əvvəli olduğu üçün məşqlər bir qədər çətin keçir. Amma ən ağır yükləmələr artıq geridə qalıb. Buna görə də bir az rahat nəfəs ala bilərik.
 
– Demək olar ki, "Uypeşt”ə məğlubiyyət yavaş-yavaş unudulur?
– Yaxşı oyunları tez unutmaq lazımdır, pis oyunları isə daha tez. Əlbəttə, bu matçı tam yaddan çıxarmaq mümkün deyil. Biz həmin oyunu təhlil etdik, öz səhvlərimizi gördük. Söhbət həm fərdi, həm də komanda səhvlərindən gedir.
 
– Təhlilin nəticələri barədə nə deyə bilərsiz?
– Qoy, bunlar komandanın daxilində qalsın. Bəzi şeylər var ki, onları kiçik sirr kimi saxlamaq lazımdır.
 
– "Neftçi” ilk turda keçmiş komandan "Sumqayıt”la qarşılaşacaq. Bu görüş sənin üçün xüsusi bir önəm daşıyırmı?
– "Sumqayıt”da keçirdiyim vaxta görə o kluba həmişə minnətdar olacam. Amma indi "Neftçi”nin futbolçusuyam və bu komandanın uğurları üçün vuruşacam.
 
– Macarıstandakı uğursuzluğu ancaq çempionluq unutdura bilər?
– Bilirsiz, gözəl şüarlar mənim də xoşuma gəlir, amma gəlin realist olaq. Biz hər bir oyunu düşünməliyik. Qarşımızda "Sumqayıt” səfəri var. Deməli, hazırda ən vacib məsələ onlara qalib gəlməkdir. Sonra növbəti oyunu fikirləşmək və yavaş-yavaş öz məqsədinə çatmaq lazımdır. Mövsümün sonunda nə olacağını isə indidən demək düz olmaz.
 
– Ampluanız "Neftçi”nin ən rəqabətli mövqelərindən biri olduğu üçün transferiniz bəziləri tərəfindən birmənalı qarşılanmadı. Düzdür, milli komandaya çağırıldığınızı vurğulayıb, sizin yaxşı futbolçu olduğunuzu deyənlər də vardı. Amma bəziləri hesab edirdi ki, Rəşad Eyubov "Neftçi”də özünü göstərə bilməz. Rəqabətə hazırsızmı?
– Mən rəqabətdən nəinki çəkinirəm, hətta xoşlayıram. Əvvəla, rəqabət öz üzərində daha çox işləməyə məcbur edir. İkincisi, təvazökarlıqdan uzaq olsa da, ötən mövsüm öz mövqeyimdə ən yaxşılardan idim. Milliyə çağırıldım, "Neftçi”yə dəvət olundum. Bəli, mən nə Messiyəm, nə də Ronaldu. Hər oyunda 3-4 qol vurmayacam, amma məşqçilərə də, azarkeşlərə də söz verirəm ki, hər top uğrunda mübarizə aparacam. Ən güclü tərəfim mübarizlikdir. Qalan şeylərlə bağlı isə məşqçi heyəti qərar verəcək.

Arxiv

Dünya futbolu2021-05-11 01:08

“Qranada” “Betis”ə məğlub oldu

Dünya futbolu2021-05-11 00:59

“Bernli”dən səfərdə inamlı qələbə

Dünya futbolu2021-05-10 20:42

Komandanı elitaya çıxardı, yeni müqavilə imzalandı

Digər2021-05-10 18:46

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-10 17:23

Kubokun finalına azarkeşlər buraxılacaq

Dünya futbolu2021-05-10 16:11

“Fənərbaxça”nın istədiyi hücumçu “Əl Hilal”la müqavilə bağladı

Dünya futbolu2021-05-10 15:29

“Dinamo” çempion oldu

Premyer-liqa2021-05-10 14:42

27-ci turun bütün oyunları eyni gündə

Dünya futbolu2021-05-10 14:19

“Qalatasaray”da ciddi itki – mövsümü bitirdi

Ölkə futbolu2021-05-10 14:15

“Başqa klublardan təkliflər var” – “Neftçi”nin legioneri

I Divizion2021-05-10 13:28

26-cı turun bütün təyinatları açıqlandı

I Divizion2021-05-10 13:00

6 komandalı Premyer Liqa: AFFA yaratdığı səbəbi bəhanəyə çevirib

Premyer-liqa2021-05-10 12:48

“Neftçi”dən son 10 ilin rekordu

Ölkə futbolu2021-05-10 12:14

“Səbail”in yubiley məğlubiyyəti

Dünya futbolu2021-05-10 11:53

Premyer Liqada ikinci ayrılıq

Premyer-liqa2021-05-10 11:35

“Qarabağ”ın hücumçusu öz rekordunu yenilədi

Ölkə futbolu2021-05-10 11:18

Super Liqada iki yeni komanda

Digər2021-05-10 11:00

Türklə yanaşı dayanmayan Məmmədov: britaniyalı səfir daha sərfəlidi

Dünya futbolu2021-05-10 10:30

Millimizin hücumçusu Ukraynada klubunu dəyişir

Dünya futbolu2021-05-10 09:24

“Traktor”la “Maşinsazi”dən heç-heçə

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm