Connect with us

Ölkə futbolu

“Qarabağ” üçün rəqib seçərkən

Avqustun 6-da Çempionlar Liqasının pley-off mərhələsinin p…

-də paylaşıldı

Avqustun 6-da Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq. Tədbir III təsnifat mərhələsi başlamadan öncə keçiriləcək.
 
Bu üzdən də mərasimdə mübarizəyə birbaşa pley-offdan qatılan klublar, həmçinin əvvəlki raundun cütləri iştirak edəcək. Bu cütlər isə iki gün davam edəcək II təsnifat mərhələsinin cavab matçlarından sonra dəqiqləşəcək.
 
Püşkatmada mümkün rəqibi bilinəcək komandalar arasında Azərbaycan çempionu “Qarabağ”ın da olması gözlənilir. Sabah Albaniyanın “Kukesi” klubunu qəbul edəcək Ağdam klubu bu səddi adlasa, cütlük şəklində püşkə qatılacaq. Təmsilçimiz ya Belarus BATE-si, ya da Finlandiya HİK-i ilə ikili şəklində rəqibini tanıyacaq.
 
Bu komandalar arasında ən yüksək reytinqə “Qarabağ” malikdi. Bu üzdən də cütlük məhz çempionumuzun xalına görə səbətini tanıyacaq.
 
Amma Qurban Qurbanovun yetirmələri indiki durumda pley-offun Çempionlar yolundakı 8 mümkün iştirakçısı arasında ən aşağı reytinqlisidi. Bu isə o deməkdi ki, təmsilçimiz böyük ehtimalla, əvvəlki 3 raunddan fərqli olaraq, səpələnməmişlər sırasında yer alacaq. “Qarabağ” səpələnmişlər sırasına düşmək şansı da qalır. Bunun üçün daha yüksək reytinqə malik 7 komandadan heç olmasa 4-ü püşkdən kənar qalmalıdı.
 
Hollandiya PSV-si və İsveçrə “Yanq Boyz”u mübarizəyə pley-offdan, Avstriya “Zalsburq”u isə III təsnifat mərhələsindən qoşulacaq. Elə bu səbəbdən də “Qarabağ”ın BATE və ya HİK-lə təşkil edəcəyi cüt 3 ən reytinqli sırasında yer ala bilməyəcək (apasport.az).
 
Çempionumuz “Kukesi”ni keçsə, səpələnmək üçün özü üçün maraq kəsb edən 4 cütdə 4 sensasiya – yüksək reytinqlinin büdrəməsini gözləməlidi. Söhbət “Lüdoqorets” (Bolqarıstan), “Seltik” (Şotlandiya), “Legiya” (Polşa) və “Astana”dan (Qazaxıstan) gedir.
 
Əslində, bu qədər sensasiya inandırıcı görünmür. Lakin ilk oyunların nəticələri II təsnifat mərhələsində çıxış edən və reytinqi “Qarabağ”dan yüksək olanların hamısının büdrəmə ehtimalını saxlayıb.
 
Evdə “Spartak”a (Slovakiya) 2 top fərqilə uduzan “Legiya”nın artıq hesabdan silindiyini demək olar. “Lüdoqorets” Macarıstan səfərində “Videoton”un qonağı olacaq və qolsuz ev oyunundan sonra mərhələ keçməsi asan görünmür. “Astana”nın Danimarka, “Seltik”in Norveç səfərində üstünlüyü itirməsinə də ümid etmək olar. Çünki qazaxıstanlılar “Midtyulland”ı 2:1, “Seltik” “Rusenborq”u 3:1 hesabı ilə məğlub edib.

Arxiv

Dünya futbolu2021-04-23 01:59

“Barselona” da darmadağınla qalib gəldi

Dünya futbolu2021-04-23 00:55

“Lester Siti”dən darmadağın

Dünya futbolu2021-04-23 00:46

“Napoli” “Latsio”nu darmadağınla yola saldı

Dünya futbolu2021-04-22 23:20

“Başakşəhər” səfərdə qalib gəldi

Dünya futbolu2021-04-22 21:37

Premyer Liqanın tarixinə düşdü – “Tottenhem”in baş məşqçisi

Dünya futbolu2021-04-22 19:35

Avropa Super Liqasına qoşulan İtaliya klubları cəzalanacaq?

Digər2021-04-22 17:59

Azərbaycanda daha 2047 nəfər koronavirusa yoluxub

Dünya futbolu2021-04-22 17:35

Almaniya klubları karantinə alınacaq – AÇ-2020-yə görə

Premyer-liqa2021-04-22 16:17

Premyer Liqanın 24-cü turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-04-22 15:54

Qədirzadəli “Samtrediya” 1/8 finala buraxılmadı

Dünya futbolu2021-04-22 15:35

Luis Suares sıraya döndü

Dünya futbolu2021-04-22 15:03

Benzema Ronaldonun rekordunu qırdı

Dünya futbolu2021-04-22 14:44

“Super Liqa layihəsinin öldüyünü düşünürsüzsə, yanılırsız” – Peres

Dünya futbolu2021-04-22 14:18

“Real” Modriçlə müqaviləni yenilədi

I Divizion2021-04-22 13:59

“Sabah”ın “Keşlə” ilə təxirə salınmış oyununun vaxtı açıqlandı

Ölkə kuboku2021-04-22 13:28

Azərbaycan Kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

AÇ-20202021-04-22 12:54

AÇ-2020: UEFA Bilbaonu siyahıdan sildi

Dünya futbolu2021-04-22 12:38

Bəybalayevli “Telavi” 1/8 finalda

Ölkə futbolu2021-04-22 12:21

Sezardan 100-cü oyun

Müsahibə2021-04-22 12:05

“Bizim günümüz deyildi” – Raysel “Qəbələ”də qalıb-qalmayacağını bilmir

Ölkə kuboku2021-04-21 23:41

“Sumqayıt”la “Qarabağ” ilk oyundan qolsuz ayrıldı – VİDEO

Ölkə kuboku2021-04-21 21:49

“Zirə” “Keşlə”ni səfərdə məğlub etdi – VİDEO

Ölkə futbolu2021-04-21 20:57

“Neftçi TV”də “Bir sevgi” – VİDEO

Ölkə futbolu2021-04-21 17:00

Fəhmin Muradbəyli ilə “Piramida” – VİDEO

Ölkə futbolu2021-04-21 11:47

“Neftçi”nin veteranı yubileyini qeyd edir – VİDEO

Premyer-liqa2021-04-17 22:59

“Neftçi”dən “Zirə”yə 4 cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-17 21:37

“Sabah” “Keşlə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Dünya futbolu2021-04-17 18:22

Millimizin üzvü dubla imza atdı – VİDEO

Ölkə futbolu2021-04-17 17:33

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq

Premyer-liqa2021-04-16 21:17

“Qarabağ” “Səbail”lə heç-heçəyə razılaşdı – VİDEO

Ölkə futbolu2021-04-16 16:47

Topdan gülüş: Fəhmin Muradbəyli və Mirabdulla Abbasov

Ölkə futbolu2021-04-15 22:22

Samir Abasov azarkeşlərin suallarını cavablandırıb – VİDEO

Ölkə futbolu2021-04-15 20:59

“Neftçi” “Zirə” ilə oyuna hazırlaşır – VİDEO

Premyer-liqa2021-04-15 11:56

Statistika: “Neftçi” – “Zirə” – VİDEO

Milli komanda2021-04-15 11:11

Millimizdən Yunanıstana dörd cavabsız qol – VİDEO

Premyer-liqa2021-04-11 22:37

“Qarabağ” – “Sumqayıt” matçında 5 qol – VİDEO

Premyer-liqa2021-04-11 20:10

“Zirə”nin “Keşlə” ilə heç-heçəsi – VİDEO

Premyer-liqa2021-04-10 20:53

“Sabah”la “Səbail”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-04-10 19:14

“Qəbələ” – “Neftçi” matçında 4 qol – VİDEO

Milli komanda2021-04-09 10:01

Millimizin Slovakiya ilə heç-heçəsi – VİDEO

Gündəm