Connect with us

Ölkə futbolu

Qurban Qurbanov: “Ehtiyatlı oynamalıyıq”

“Sabah çox vacib oyuna çıxacağıq. Səfərdə qo…

-də paylaşıldı

“Sabah çox vacib oyuna çıxacağıq. Səfərdə qolsuz bərabərlik olsa da, evdə qol buraxmamaq meydan sahibi üçün pis nəticə deyil” – bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah “Kukesi”ni qəbul edəcək. Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfansında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Belə turnirlərdə buraxılan hər qol oyunun nəticəsini həll edə bilər. Həddən artıq ehtiyatlı oynamalıyıq. Sabah bəzən səbrli olmaq, bəzən tələsmək lazım olacaq. Bunu da oyunun gedişində hiss etməli və hər epizodda düzgün qərar verməyə çalışmalıyıq. Futbolçuların hamısı hazırdı. Rəqibin də açıqlamalarından görünür ki, çox iddialıdılar. Sabah sərfəli nəticə əldə etməyə çalışacağıq”.

– “Kukesi” barədə istədiyiniz bütün məlumatı əldə edə bilmisiz?

– Bəli, artıq rəqibi tam yaxından tanıyırıq. İlk matçda fərqli üslubda oynadılar. Sabah da ciddi bir dəyişiklik gözləmirəm. Bununla belə, ola biləcək dəyişikliklərə hazır olmalıyıq.

– Rəqibin oyunçuları sizi tərifləyir. Bu, aldadıcı manevr ola bilərmi?

– Əlbəttə, ola bilər. Amma bizim oyunçularımız təcrübəlidi. Oyuna necə hazırlaşmaq lazım olduğunu hər gün izah edirik. Rəqibin açıqlaması bizim oyunumuza yaxşı və ya pis təsir etməməlidi. Onların fikirləri bizə "siqnal" verir. Lazım olsa, bunu məşqçilərlə öz aramızda müzakirə etməliyik.

– Delarj və Emeqara sabah start heyətində yer ala bilərmi?

– Hər ikisi hazırda bizim istədiyimiz formada deyil, ancaq onlardan birinin start heyətində oynamaq ehtimalı var. Buna sabah qərar verəcəyik.

– İlk matçda rəqib “avtobus” qurmuşdu, amma uzaqdan zərbələr görmədik. Bu dəfə də belə olacaq?

– “Avtobus qurmaq” ifadəsi son vaxtlar dəb halını alıb. Ümumilikdə, rəqibə görə oyun qurulur. Komandalar artıq hər şeyi nəzərə alırlar. Sabah biz qol vurmağı düşünməliyik. Bu, uzaqdan zərbə ilə, küncdən zərbə və ya oyun epizodu nəticəsində ola bilər. Bunun üçün çox axtarışda olacağıq. Amma qol buraxmamaq barədə də düşünməliyik. Arxa xətdə səhvlərə yol verə bilərik. Ona görə də, müdafiəni düzgün qurmaq lazımdı.

– Qol vurmaq istəyiniz alınmır. 3 oyunda 1 qol vurmağınız sizi narahat etmir?

– Sizcə, etmir? Bunun üçün addımlar atırıq. Bu amil məni narahat edir. Ümumiyyətlə, belə turnirlərdə qol sayı az olur. Ancaq yenə də qol vurmaq haqda daha çox düşünürük.

– İlk oyun göstərdi ki, “Qarabağ” ustalıq baxımından üstündü. Yəqin ki, rəqib səfərdə də qapanacaq. Baş məşqçiləri penaltilər seriyasına hazırlıqdan danışır. Siz necə, 120 dəqiqəlik mübarizə istəmirsiz?

– Əlbəttə ki, 90 dəqiqədən sonra nəticənin lehimizə olmasını istərdim. Ola bilər ki, o, futbolçularını psixoloji cəhətdən bu formada hazırlayır. Biz buna da hazır olmalıyıq. Çünki sabah cütün taleyi həll olunmalıdı. Düşünürəm ki, istədiyimiz oyunu qurmaq üçün təccrübəmiz yetərli olacaq.

– Abdullah Zubir sabahkı matça hazırdı?

– Komanda ilə birlikdə 3 məşqdə iştirak edib. Oynamaq ehtimalı var. Səhər məşqindən sonra qərarımızı verəcəyik.

Arxiv

Dünya futbolu2021-01-19 10:00

Super Liqa klubunda iki yeni futbolçu

Dünya futbolu2021-01-19 09:40

Türkiyə klubunda baş məşqçi istefası və yeni futbolçu

Dünya futbolu2021-01-19 09:20

İngiltərə yığmasının sabiq üzvü Çempionşip klubunda

Ölkə futbolu2021-01-19 09:00

Derlis Meza Kolli: “Keşlə” məni istəyir, amma…”

Dünya futbolu2021-01-19 01:54

“Arsenal”dan darmadağın

Dünya futbolu2021-01-19 01:39

İbrahimoviçin dublu “Milan”a qələbə qazandırdı

Dünya futbolu2021-01-18 22:44

“Traktor” doğma meydanda uduzdu

Dünya futbolu2021-01-18 22:22

“Fənərbaxça”dan inamlı qələbə

Dünya futbolu2021-01-18 22:00

Premyer Liqada koronavirusa 16 yeni yoluxma

Dünya futbolu2021-01-18 21:33

“Bavariya”nın hücumçusu zədələndi

Dünya futbolu2021-01-18 21:00

Yığmanın baş məşqçisi istefa verdi – Bekhemin klubuna görə

Ölkə futbolu2021-01-18 20:32

“Azərbaycandakı şəraiti görəndə təəccübləndim”

Dünya futbolu2021-01-18 20:00

“Barselona”nı məğlub edib, tarixə düşdü

Ölkə futbolu2021-01-18 19:41

“İmkanlardan maksimum yararlanmağa çalışıram” – VİDEO

Ölkə futbolu2021-01-18 19:23

“Qəbələ”nin “Zirə” ilə 23-cü dueli

Digər2021-01-18 19:00

Kəlbəcərin Alolar kəndi – VİDEO

Digər2021-01-18 18:44

Azərbaycanda koronavirusa 118 yeni yoluxma

Müsahibə2021-01-18 18:32

“Neftçi”nin liderliyi üzərimizdə təzyiq yaratmır”

Ölkə futbolu2021-01-18 17:47

“Neftçi” günü bir məşqlə başa vurdu

Dünya futbolu2021-01-18 17:07

Milli komandada baş məşqçi ayrılığı

Ölkə futbolu2021-01-17 13:36

“Neftçi” PFK-nın bədən testi – VİDEO

Ölkə futbolu2021-01-14 23:54

“Sabah”a qələbə üçün bir qol bəs etdi – VİDEO

Ölkə futbolu2021-01-14 22:47

“Neftçi” – “Keşlə” oyununda 7 qol – VİDEO

Ölkə futbolu2021-01-14 20:17

Samir Abasov: “Bu gün sevindirici məqamlar daha çox idi” – VİDEO

Ölkə futbolu2021-01-14 13:45

“Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə futbolu2021-01-13 15:46

Hazırlığın 10-cu günü “Neftçi TV”nin gözü ilə – VİDEO

Ölkə futbolu2021-01-12 17:01

“Neftçi”nin legioneri toplanışı dəyərləndirdi – VİDEO

Ölkə futbolu2021-01-11 01:25

“Sumqayıt” – “Zirə” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-01-10 19:40

“Neftçi” “Kəpəz”i məğlub yola saldı – VİDEO

Ölkə futbolu2021-01-10 19:34

Samir Abasov: “Həm razı, həm də narazı salan məqamlar oldu”

Ölkə futbolu2021-01-10 13:18

“Neftçi”də “Sağlamlıq durumu” açıqlandı – VİDEO

Ölkə futbolu2021-01-09 18:47

“Çempion olmaq istəyirik” – VİDEO

Ölkə futbolu2021-01-07 22:29

“Günün 20 saatını hücumçu məsələsinə həsr edirik” – VİDEO

Ölkə futbolu2021-01-07 20:37

“Keçmişə baxmıram, yalnız gələcək haqda düşünürəm” – VİDEO

Ölkə futbolu2021-01-07 17:21

Aqil Məmmədovla “Piramida” – VİDEO

Ölkə futbolu2021-01-07 16:22

“Futbolçuların gəlməsi ilə bağlı heç bir problem yoxdur” – VİDEO

Ölkə futbolu2021-01-07 12:00

“Ailəmin yanında olmağım çox yaxşı oldu” – VİDEO

Ölkə futbolu2021-01-05 20:27

Aqil Məmmədov: “Çalışırıq ki, növbəti oyunlara tam hazır olaq”

Ölkə futbolu2021-01-05 19:40

“Hazırlıqda bəzi dəyişikliklər etmək istəyirəm” – Etibar Tarıverdiyev

Ölkə futbolu2021-01-04 21:09

Aqil Məmmədovla “Piramida”

Gündəm

WeCreativez WhatsApp Support
Futbol info ilə birbaşa əlaqə qurun
Salam, sizə necə kömək edə bilərik?