Connect with us

Layihə

Elxan Məmmədov AFFA rəhbərliyinə qarşı

Qurban Qurbanov milli komandadan niyə kənarlaşdırıldı? 2 postda …

-də paylaşıldı

Qurban Qurbanov milli komandadan niyə kənarlaşdırıldı? 2 postda çalışdığına görə…
 
Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyir. Guya ki, həm milli komandada, həm “Qarabağ”da paralel işləyə bilmirmiş, çətinik yaşayırmış, işində müsbət nəticələrə mənfi təsir edirmiş.
 
Bəhanədi. Xeyli uğurlu nümunələr var. Təkcə postsovet məkanından Valeri Lobanovski, Oleq Romantsev, Georgi Yartsev və Aleksandr Starkovun adını çəkmək kifayətdi. Sonuncunun klubla birgə çalışdırdığı Latviya millisini Avropa çempionatının finallarına aparması faktı mübahisə edənlər üçün həlledici faktdı.
 
Bəs, Qurbanov bunu bacara bilərdimi? Əlbəttə, vicdanla çalışırdı, zamanla problemlər də yoluna qoyulacaqdı. Lakin onun uğurlu olması üçün həm də “Qarabağ”ı milli komandanın baza-klubuna çevirməsi lazım idi. Aşağı yaş qrupu komandalarında bunu etməyə başlamışdı, əsas millidə imkan vermədilər.
 
İndi telekanallarda təbliğat başlayıb. Guya ki, Avro-2020-nin final mərhələsinə yollanmaq arzusu utopiyadı, bunun üçün zaman lazımdı, yeni məşqçiyə bir neçə il verilməlidi. Çətin olduğunu bilirik, bəli, oyunçu potensialı yoxdu, komanda zəifdi. Lakin bütün bunlar Qurbanov üçün də keçərli idi – ona niyə zaman verilmədi? İndi təbliğat aparmaq, ictimaiyyəti yönəltmək lazım deyil. Qurban bəyin gedişinə nail olmaq üçün söz verənlər vədinə əməl etsin!
 
AFFA-nın baş katibi Elxan Məmmədov çevirdiyi oyuna görə məsuliyyət daşıyır. Gətirəcəyi məşqçi mütləq vəzifənin öhdəsindən gəlməlidi. Əks halda, katib də getməlidi. 12 ildi ona zaman verilir, nəticələr hər il daha da pisləşir. Nə qədər məşqçi dəyişmək olar? Artıq əsas idarəçinin zamanı deyilmi?
 
Məmmədovun İcraiyyə Komitəsinin son iclasındakı brifinqdə səsləndirdiyi fikirlər həm də AFFA rəhbərliyinə qarşıdı. O, sanki öz rəhbərlərini nişan verir. Qurbanovun 2 vəzifənin öhdəsindən gələ bilmədiyini deyən katib, Rövnəq Abdullayevi, Rauf Əliyevi, Elşad Nəsirovu hədəf göstərmirmi?
 
Rövnəq Abdullayev – AFFA prezidenti, ARDNŞ-nin prezidenti, Azərbaycan Cüdo Federasiyasının prezidenti, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü, Azərbaycan – Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridi, Azərbaycan – Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan – Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan – Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü…
 
Rauf Əliyev – AFFA-nın I vitse-prezidenti, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, Azərbaycan – Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun rəhbəri, Azərbaycan – Fransa parlamentlərarası əlaqələr üzrə işçi qurupunun üzvü, Azərbaycan – Koreya parlamentlərarası əlaqələr üzrə işçi qurupunun üzvü, Azərbaycan – Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qurupunun üzvü, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayyəndə heyətinin üzvü, MDB Parlamentlərarası Assambleyasının “Mədəniyyət, İnformasiya, Turizim və idman üzrə” daimi komissiyasının üzvü, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü…
 
Elşad Nəsirov – AFFA-nın vitse-prezidenti, ARDNŞ-nin vitse-prezidenti…
 
Əslində, Elxan bəy Qurbanovu misal gətirib bu adamları nişan verir. Demək istəyir ki, futbolumuz ona görə bu gündədi ki, AFFA rəhbərləri də müxtəlif vəzifələrdədi, çatdırmırlar, onları yola salmaq lazımdı. Bu, həm də 5-6 vəzifə tutan, 2-3 federasiyaya rəhbərlik edən nazirlərə qarşı üsyandı. Anlayana…
 
FƏRİD

Arxiv

Dünya futbolu2021-05-11 23:44

“Beşiktaş”la “Fənərbaxça” uduzdu, “Qalatasaray” qalib gəldi

Dünya futbolu2021-05-11 21:22

Vüqar Bəybalayev oynadı, komandası böyük hesabla uduzdu

Dünya futbolu2021-05-11 20:04

La Liqa klubundan ayrılır – 9 il sonra

Dünya futbolu2021-05-11 19:08

Bundesliqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 18:47

Birinci Divizionda gümüş və bürünc mükafatçılar bəlli oldu

I Divizion2021-05-11 18:28

“Kəpəz”lə “Qarabağ” səfərdə, “Turan Tovuz”la “Neftçi” evdə uduzdu

Digər2021-05-11 17:09

Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

Dünya futbolu2021-05-11 16:18

PSJ-nin futbolçusu üçün mövsüm bitdi

Dünya futbolu2021-05-11 15:53

“Spartak” Ayaz Quliyevlə yollarını ayırdı

Dünya futbolu2021-05-11 15:29

Premyer Liqada koronavirusa bir yeni yoluxma

Premyer-liqa2021-05-11 14:41

Premyer Liqanın 27-ci turu rəqəmlərin gözü ilə

Dünya futbolu2021-05-11 14:07

“Yuventus” A Seriyasından kənarlaşdırıla bilər

Ölkə futbolu2021-05-11 13:48

Təmkin Xəlilzadədən “Neftçi” ilə bağlı açıqlama

Müsahibə2021-05-11 13:26

Seydiyev “Qarabağ”ın şanslı günündə olduğunu düşünür: “Məcburiyyət deməzdim”

Dünya futbolu2021-05-11 12:45

“Mançester Yunayted”dən Premyer Liqada tarixi nəticə

Dünya futbolu2021-05-11 12:15

Azarkeşlər mayın 17-dən stadionlara buraxılacaq

Dünya futbolu2021-05-11 11:53

İnyestadan Yaponiya klubu ilə yeni müqavilə

Dünya futbolu2021-05-11 11:22

“Milan”da İbrahimoviç şoku

Dünya futbolu2021-05-11 10:51

Super Liqa klubunda yeni müqavilə

I Divizion2021-05-11 10:35

Sultanov AFFA-nın qərarını rəzalət sayır: “Ya futbola “əlvida” deyilməlidir, ya da onu bu günə salanlara”

Premyer-liqa2021-05-09 21:48

“Zirə” ilə “Qəbələ”dən heç-heçə – VİDEO

Premyer-liqa2021-05-08 23:16

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

Premyer-liqa2021-05-08 21:15

“Sumqayıt” “Keşlə”yə belə qalib gəldi – VİDEO

Dünya futbolu2021-05-07 09:47

“Arsenal” “Vilyarreal” səddini keçə bilmədi – VİDEO

Dünya futbolu2021-05-07 09:28

“Roma” – “Mançester Yunayted” matçında 5 qol – VİDEO

Ölkə futbolu2021-05-07 00:31

Novruzov Nepalda qol hesabını açdı – VİDEO

Premyer-liqa2021-05-06 14:35

Statistika: “Səbail” – “Neftçi”

Dünya futbolu2021-05-06 01:38

“Real” “Çelsi” səddini keçə bilmədi – VİDEO

Ölkə futbolu2021-05-05 17:51

“Azərbaycana uyğunlaşmaq məndə alınır” – VİDEO

Dünya futbolu2021-05-05 09:00

PSJ “Mançester Siti” ilə yenə bacarmadı – VİDEO

Premyer-liqa2021-05-04 23:38

“Sabah” Sumqayıtdan inamlı qələbə ilə döndü – VİDEO

Premyer-liqa2021-05-04 21:43

“Qarabağ” “Zirə” ilə heç-heçəyə razılaşdı – VİDEO

Premyer-liqa2021-05-03 22:52

“Səbail” “Qəbələ”ni məğlub yola saldı – VİDEO

Premyer-liqa2021-05-03 22:02

“Keşlə” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

Ölkə futbolu2021-05-03 15:31

“Keşlə” ilə oyunöncəsi “Neftçi”də “Sağlamlıq durumu” – VİDEO

Ölkə kuboku2021-04-30 18:52

Hakim Abanqa da “qırmızı” verməliydi – VİDEO

Ölkə kuboku2021-04-30 13:57

Vüsala sarı, Lazara qırmızı vərəqə: “Zirə” – “Keşlə” oyununda iki mübahisəli an – VİDEO

Ölkə kuboku2021-04-29 21:30

“Sumqayıt” “Qarabağ”ı finala buraxmadı – VİDEO

Dünya futbolu2021-04-27 17:35

Məşq zamanı meydançaya timsah girdi – VİDEO

Premyer-liqa2021-04-26 01:35

“Keşlə” qələbə həsrətinə son qoydu – VİDEO

Gündəm