Futbol üzrə Azərbaycan milli komandası bu gün 2018-ci ildə ilk oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, yığmamız Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyununda Moldova ilə qarşılaşıb.

Bu görüş həm də Qurban Qurbanovun millimizin baş məşqçisi kimi ilk sınağıydı. Komandamız yeni baş məşqçinin rəhbərliyi altındakı ilk sınaqdan heç-heçə ilə ayrılıb.

Xatırladaq ki, Azərbaycan və Moldova yığmaları 10-cu dəfə üz-üzə gəlirdi. Əvvəlki 9 oyundan cəmi ikisində qalib gələn millimiz 3 dəfə uduzmuş, 4 oyunda isə heç-heçəyə razılaşmışdı.

Yoxlama oyunu
30 yanvar

Azərbaycan – Moldova 0:0
Sarı vərəqə: A.Hüseynov, 36. V.Posmak, 50.
Baş hakim: Hüseyn Göçek 
Baş hakimin köməkçiləri: Bahattin Duran, Tarık Onqun 
Dördüncü hakim: Barış Şimşek (hamısı Türkiyə)
Antalya. “Mardan” stadionu

Azərbaycan: 1. Kamran Ağayev, 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 19. Rahid Əmirquliyev (k) (28. Cavid İmamverdiyev, 61), 22. Əfran İsmayılov (10. Ruslan Qurbanov, 23), 20. Riçard Almeyda (18. Coşqun Diniyev, 85), 2. Qara Qarayev, 13. Mahir Mədətov (11. Ramil Şeydayev, 77), 16. Cavid Hüseynov, 15. Ruslan Abışov (17. Rəhman Hacıyev, 85), 4. Pavel Paşayev (21. Təmkin Xəlilzadə, 61).
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Rəşad Əzizov, 25. Elvin Yunuszadə, 8. Bəhlul Mustafazadə, 29. Anton Krivotsyuk, 3. Məhəmməd Mirzəbəyov, 9. Emin Mahmudov.
Baş məşqçi: Qurban Qurbanov.
Moldova: 1. İlye Çebanu, 2. İon Jardan, 4. Petru Raku, 5. Vyaçeslav Posmak, 7. Andrey Kojokar (k), 9. Aleksandru Antonyuk (17. Danu Spataru), 22. Artyom Rozqonyuk, 20. Aleksander Paşenko (6. Dan Taras, 76), 10. Aleksandru Dedov (21. Sergey Platika, 84), 19. Maksim Mixaylov (16. Vadim Payreli, 67), 18. Vladimir Ambros (11. Vitali Damaşkan, 55).
Ehtiyat oyunçular: 23. Sergey Paşenko, 3. Valeri Makritski, 8. Vladislav İvanov, 13. Dinu Qraur, 14. Radu Roqaç, 15. Andrey Makritski.
Baş məşqçi: Aleksandr Spiridon.

Shares: