Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” Antalyadakı hazırlıq prosesi çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Yuri Maksimovun çalışdırdığı kollektiv Rusiyanın birinci divizion təmsilçisi “Yenisey”lə üz-üzə gəlib.
Qarşılaşmada hesabı Bakı klubu açıb. Lakin Rusiya təmsilçisi matçın ikinci hissəsində bərabərlik qolunu vurmağa nail olub. Nəticədə, bu görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Xatırladaq ki, “Keşlə” bundan əvvəlki yoxlama görüşlərində Ukraynanın “Karpati” klubuna 1:2 hesabı ilə uduzub, Makedoniya “Rabotniçki”sinə 1:0 hesabı ilə qalib gəlmişdi.
Yoxlama oyunu
1 fevral
“Keşlə” – “Yenisey” 1:1
Keşlə: Kamran Ağayev, Adrian Skarlatake, Slavik Alxasov, Cabir Əmirli, Denis Silva, Andre Klennon, İbrahim Sohna, Herve Tçami, Əlibəy Məmmədli, Pərdis Fərcad-Azad, Sezar Meza Kolli.