Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Samir Əliyevin komandası Slovakiyanın yüksək liqa təmsilçisi “Senitsa” ilə üz-üzə gəlib.

Qarşılaşmanın ilk yarısı “Səbail”in üstünlüyü şəraitində keçib. Belə ki, bakılılar 6 və 21-ci dəqiqələrdə Yevgeni Koçukun vurduğu qollarla önə keçiblər. Lakin ikinci hissədə Slovakiya klubu buraxılan qolların əvəzini çıxmağı bacarıb. Nəticədə, 4 qolun qeydə alındığı qarşılaşma heç-heçə başa çatıb.

“Səbail” bu qarşılaşmayla Türkiyə hazırlığını başa vuraraq fevralın 3-də Vətənə dönəcək.

Xatırladaq ki, "Səbail" bundan öncəki 3 yoxlama matçında Odessa "Çernomorets"iylə qolsuz, Serbiya "Napredak"ıyla 1:1 hesablı bərabərliyə razılaşıb, Bolqarıstan "Lokomotiv"inə (Plovdiv) 1:3 hesabıyla uduzmuşdu. 

Yoxlama oyunu
1 fevral

“Səbail” – “Senitsa” 2:2

Shares: