Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən klublar bu gün yoxlama oyununda qüvvələrini sınayıb. 

Futbolinfo.az xəbər verir ki, turnir cədvəlinin lideri “Qarabağ” da “Sumqayıt”la qarşılaşıb. “Azərsun Arena”da keçirilən oyunda meydan sahibləri 2:1 hesabıyla qalib gəliblər.

İlk yarıda hesab açılmayıb. Amma fasilədən sonra Pedro Enrike və Ruslan Hacıyevin vurduğu qollar Ağdam təmsilçisinə qələbə qazandırıb. “Sumqayıt”ın heyətində isə Elnur Abdullayev fərqlənib.

Yoxlama oyunu
24 mart

"Qarabağ" – "Sumqayıt" 2:1
Qollar: Pedro Enrike, Ruslan Hacıyev – Elnur Abdullayev.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp