Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 37-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Emmen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Əzizov bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Den Boş" hazırda 44 xalla 20 klub arasında 16-cı pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp