UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “Roma” ilə ilk oyununda komandasının böyük hesablı qələbəsinə (5:2) 2 qolla töhfə verən “Liverpul”un hücumçusu Məhəmməd Salah rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, “canavarlar”la görüşdəki dublla qitənin ən nüfuzlu klub turnirinin cari mövsümündə vurduğu topların sayını 10-a çatdıran Salah, ÇL-də bir mövsümə ən çox qol vuran afrikalı futbolçu olub. Misirlidən öncə bu rekord kamerunlu Samuel Etoya məxsus idi. O, 2010/11 mövsümündə “İnter”in heyətində 8 qola imza atmışdı.

Bununla yanaşı, Salah “Liverpul”un heyətində ÇL-in bir mövsümündə ən çox qol vuran futbolçu adına da yiyələnib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp