Mayın 28-də Azərbaycan kubokunun final matçı keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, titulun yeni sahibi Qəbələdə müəyyənləşəcək: yerli komanda ilə “Keşlə” üz-üzə gələcək.

Peşəkar Futbol Liqası təşkilatçılıqla bağlı yeniliklər etməyə hazırlaşır. Bu barədə Sportinfo.az-a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib:

“Bilirsiz ki, büdcəmiz məhduddu. Amma yenə də çalışırıq ki, əvvəlki illərdə olduğu kimi, maraqlı tədbirlər planı işləyək.

Gələn insanları yaxşı mənada təəccübləndirmək və sürprizlər etmək istəyirik. Hələ bu barədə ətraflı məlumat verə bilmərəm. Vaxtı çatanda hamı görəcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp