Topaz Premyer Liqasının 24-cü turunda “Sumqayıt”la səfər matçında qalib gələrək (0:1) ardıcıl 5-ci çempionluğunu bayram edən "Qarabağ"ın keçmiş kapitanı Aslan Kərimov maraqlı fikirlər səsləndirib. 

Futbolinfo.az xəbər verir ki, "CBC Sport"un "Bizim futbol" proqramında aparıcının sona 4 tur qalmış qızıl medalları təmin edən "Qarabağ"ın ən zəif mövqeyi ilə bağlı sualına Aslan Kərimov özünəməxsus cavabı ilə diqqət çəkib.

Millinin və "köhlən atlar"ın keçmiş kapitanı "Qarabağ"da hazırda mərkəz müdafiəçisi mövqeyinə transferin mütləqliyini diqqətə çatdırıb. Fikirlərini izah edərkən Aslanın "Yırtığa yamaq kimi harda oldu Rəşadı gətirib qoyurlar" ifadəsi isə fikirləri qarışdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp