Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) mövsümə yekun vurulub. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da 2017/18 mövsümündə son matçına çıxıb.

42-ci tur çərçivəsində doğma meydanda “Reus” ilə qarşılaşan həmyerlimizin komandası matçdan qələbə ilə ayrılıb – 3:0. Eddinin adı bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.

“Alkorkon" mövsümü 52 xalla 22 iştirakçı arasında 13-cü pillədə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp